Hörmüzü təhdid edən baza vuruldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
22:41 | 19 fevral 2025 | Çərşənbə
Məqaləyə 336 dəfə baxılıb
Şriftin ölçüsü
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
“Blokadanızı donanmamızla yararıq”
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Görünən odur ki, indi Zelenski iki cəbhədə vuruşmaq məcburiyyətində qalıb. İki dünya nəhəngi, ABŞ və Rusiya Zelenskini çökdürmək, Ukraynanı bölüşdürmək istəyirlər. Əvvəl bir tərəf Zelenskini istəmirdi, indi hər ikisi.
Baxıram ki, vaxtilə Rusiyanın “Comedy Club”ından tutmuş prezidentinə qədər Zelenskini “komediya aktyoru” adlandırıb necə aşağılayırdısa, eyni ritorikanı indi Tramp davam etdirir. ABŞ tərəfindən onun belə aşağılanmasını müşahidə etmək ağlasığmazdır.
Zelenski tab gətirəcəkmi?
2022-ci ilin fevralında dünya Rusiyanın Ukraynanı bir neçə günə işğal edəcəyini düşünürdü. Kiyev ətrafında, şəhərin içində, küçələrdə tank döyüşləri gedirdi, Kiyevin üzərində rus təyyarələri desant atırdılar. Qərb liderləri isə belə bir anda ona ölkəni tərk etməyi təklif etdilər.
Amma Zelenski “Mənə evakuasiya yox, silah lazımdır” deyərək Kiyevdə qaldı.
İndi üç ildir ki, Ukrayna nəhəng Rusiya ordusuna qarşı dayanıb. Zelenksi az qala paytaxtını itirmək üzrə olan bir ölkəni ayaqda saxladı, müttəfiqlər qazandı, dövləti qorudu, xalqını birləşdirdi. Əsgərləri ilə ön cəbhəyə gedən, diplomatları ilə Qərb ölkələrini dəstəyə inandıran bir lider oldu.
Öz xalqının, öz dövlətinin və ölkəsinin azadlığı və suverenliyi uğrunda vuruşan bir dövlət başçısını indi Tramp aşağıayır, onu Rusiya elitası kimi komediyaçı adlandırır.
Zelenski bu gün azadlıq uğrunda mübarizənin simvoluna çevrilib.
Düşünürəm ki Zelenskinin mübarizəsinə təkcə Ukraynanın yox, dünyada haqqın və ədalətin, suverenliyin və azadlığın çarpışması kimi baxılmalıdır.
Ukraynadakı real vəziyyət onu göstərir ki, Zelenskini yıxmaq asan olmayacaq. Ümid edirəm Avropa, Türkiyə, Böyük Britaniya və s. ölkələr yeni bir təhlükəsizlik modeli yarada biləcəklər.
Ola bilər o sabah istefa da verə bilər. Əminəm ki, o yaddaşlarda nəhəng derjava ilə öz xalqının azadlığı uğrunda vuruşan əsil lider kimi xatırlanacaq.
ABŞ -ın Ukraynanın yanından çəkilməsi, onu yarı yolda qoyması, hətta bu ölkənin vuruşduğu tərəflə bir maraqda olması, onu gözdən salmağa, müharibə gedən ölkədə yeni prezident seçkilərinin keçirilməsi kimi ictimai fikri çaşdırmağa yönəlik açıqlamalar verməsi üzücüdür.
Nə yaxşı ki, biz dünyanın indiki durumundan öncə işğala son qoya bildik. Nə yaxşı ki, zamanında suverenlik məsələsini tam həll etdik. Ukraynanın ədalətli müharibəsinin ABŞ tərəfindən indi “səhv” hərəkət kimi dəyərləndirilməsi çox düşündürücüdür.
Bizim siyasi rəhbərlik ABŞ-Rusiya yaxınlaşmasının regiona təsirlərini zamanında düzgün hesablayıb.
Ümid edirəm bu yaxınlaşma Cənubi Qafqazda vəziyyəti dəyişməz, Ermənistanda Rusiya yönümlülərin revanşı üçün münbit şərait yaratmaz.