Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:50 | 11 aprel 2014 | Cümə
Məqaləyə 1659 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
«Rusiyanın sərhədlərimizi keçməyə cəsarəti çatmaz». Bu sözləri «Axar.az»a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov rus tanklarının Laçına girməsi xəbərini şərh edərkə deyib.
O, Rusiyanın sadəcə Ermənistanı arxayın salmaqdan ötrü manevrlər etdiyini bildirib: «Rusiya Ukraynadakı hadisələrin fonunda hansısa əlavə problemləri üzərinə götürməyəcək. Rusiya unutmur ki, Azərbaycanın arxasında Türkiyə var. Bununla bərabər isə regionda ən böyük resurslar olan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars layihəyələri mövcuddur. Ona görə də sadə dildə desək, Rusiyanın cəsarəti çatmaz ki, sərhədləri keçsin. Sadəcə olaraq, Ermənistanı rahat etməkdən ötrü manevrlər edir».
Ekspert belə bir şeyin həqiqətən sübut olunacağı təqdirdə Rusiyaya nota təqdim etməyin vacibliyini deyib:
«Açığı, dünən Ukraynanın səfiri ilə görüşümüzdə də mən belə fikir səsləndirdim ki, Putinin ətrafında ağıllı adamlar var. Bunlar Rusiyanın Ukraynaya girməsini düzgün hesab etmirdilər. Ölkənin Baş Qərargahı Putinin atdığı addımdan narazı idi. Onu bu fikirdən çəkindirməyə çalışırdılar. İndi də Gümrüdəki tankların çıxarılması məsələsi gündəmə gəlir. Ermənistanla Rusiya arasında birgə təlimlər var. Əgər belə bir şey varsa, Xarici İşlər Nazirliyimiz Müdafiə Nazirliyi vasitəsilə bu xəbəri yoxlamalıdır. Belə bir fakt mövcud olarsa, o zaman Rusiyaya nota təqdim edilməlidir ki, bu, beynəlxalq miqyasda tanınan Azərbaycan əraziləridir».
Üzeyir Cəfərov rus tanklarının Qarabağa yeridilməsi ilə Rusiyaya əlavə problemlərin yaranacağını qeyd edib: «Rusiya tanklarının gəlməsi onun üçün əlavə problemlər yaradacaq. Rusiya Azərbaycana qəzəblidir. Çünki Azərbaycan AŞPA-da və BMT-də onların gözləmədiyi mövqeni sərgilədi. Əgər rus tankları həqiqətən Azərbaycanın işğal olunmuş bölgələrində görünərsə, onda BMT-yə bununla bağlı müraciət edilməlidir. Çünki bu faktın mövcudluğu Rusiyanın bütün hədləri aşmış olduğunu göstərmiş olur. Düşünmürəm ki, rus tankları Gümrü-İrəvan-Artaşes-Gorus istiqamətində maskalanmış şəkildə Qarabağa gətirilə bilər. Buna görə ajiotaj yaratmağa dəyməz. Əslində, narahatçılığa heç bir səbəb yoxdur. Müdafiə Nazirliyi onsuz da bu vəziyyəti nəzarətdə saxlayır».
Qeyd edək ki, bu gün rus tanklarının Ermənistanın Gorus rayonunun Karaşen yaşayış məntəqəsi istiqamətinə gətirildiyi haqqında «Axar.az»a informasiya daxil olub. Rusların Karaşendən Laçına, oradan isə Tərtər istiqamətinə gətiriləcəyi bildirilib.