Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
23:51 | 1 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 175 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Putinin bir gözü Ukraynadadı, bir gözü də Cənubi Qafqazda. Üçüncü şər gözü ABŞ-a, İrana, İsrailə baxır...
Putin hakimiyyəti üçün ABŞ-İsrail birliyinin İrana hücumu lap göydəndüşmə olar. Putin bölgədəki qarışıqlıqdan öz məqsədləri üçün çox ustalıqla istifadə etməklə, mütləq əlinə düşən fürsətdən yararlanacaq. Tək təşvişi Güney Azərbaycandakı canlanmadır. Çünki cənubda azadlıq qazana bilən Azərbaycan Vladimir Putinin görmək istədiyi Rusiyadan ötrü Böyük Depressiya dövrü deməkdir.
Bu ərəfələrdə hərbi, iqtisadi cəhətdən çətin günlərini yaşayan Rusiyanın dövlət başçısı yalançı vədlər verəcək, danışıqları uzadacaq və ya gah masaya oturacaq, gah da masanı tərk edəcək. Yəni özünəməxsus Putin tərzi. Putin Rusiyası Ukraynaya qarşı hücumlarını gücləndirməklə yanaşı, Cənubi Qafqazda da təsirini artırmağa çalışacaq. Buna görə də, ona bu bölgədə gərginlik mütləq lazımdır.
Məğlub Ermənistanın Qalib Azərbaycanla danışıqlara bu qədər yaxın olduğu ərəfədə ermənilərin problem yaşaması, üstəlik də xarici təsirlərdən başını itirmiş Ermənistan iqtidarına Azərbaycan dövləti tərəfindən ünvanlanan konkret təkliflər, həmçinin “ya hərb, ya sülh!” ritorikası, eyni zamanda da rəsmi Bakının haqlı şərtlərinin, təkliflərinin Rusiyanın necə qıcıqlandırdığı hiss olunur.
Əgər Ermənistan yenidən Rusiyaya yön alıb bir yandan da Fransaya arxalansa və yolunu azsa, onda ermənilərin ən böyük düşməni Azərbaycan yox, onların daşnak təfəkkürlü toplumu, Paşinyan hakimiyyəti olacaq.
Azərbaycanın guya müharibəyə hazırlaşması barədə yayılan hər xəbərin arxasında Rusiya dəst-xətti hiss olunur.