ABŞ–Rusiya “sülh” planı layihəsi ...
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
09:43 | 21 aprel 2014 | Bazar ertəsi
Məqaləyə 1715 dəfə baxılıb
Şriftin ölçüsü
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Qarabağın mərkəzi şəhəri Pekinin adaşıdır?!
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
«Ermənistan vətəndaşlarına Rusiya pasportlarının paylanılması Qarabağ üçün uğurlu olacaq». axar.az saytının xəbərinə görə, bu haqda Ermənistan mətbuatı yerli politoloqlar arasında aparılan sorğulardan sonra belə bir nəticəyə gəlib.
Mətbuat hazırda Qarabağın qorunması üçün yeganə vasitənin Rusiya pasportlarının paylanmasından ibarət olduğunu bildirib: «Rusiya bu yaxınlarda vətəndaşlığın verilməsi haqqında yeni qaydaları təsdiqləyib. Bunun Cavaxetiyaya təsiri qaçılmazdır. Oradakı ermənilər rahat şəkildə rus pasportlarını alacaqlar. Ermənistana gəlincə isə bu vətəndaşlıq burada da paylanacaq. Rusiyaya gedən erməni vətəndaşları rahat şəkildə onun vətəndaşlığını alacaqlar. Nəticədə bir müddətdən sonra öz ailələrini Rusiya vətəndaşı edə biləcəklər. Ermənistanla bərabər vətəndaşlığın Qarabağda da paylanması nəzərdə tutulur. Bu isə Ermənistan üçün ən uğurlu variant olacaq. Çünki Qarabağı qorumağın yeganə variantı bu olacaq».
Rusiyanın Krımı beynəlxalq hüquq normalarına zidd olaraq özünə birləşdirməsindən sonra Azərbaycana, Dağlıq Qarabağa analoji təhlükənin yaranması haqda «Yeni Müsavat» olaraq bir neçə dəfə yazmışıq. Etibarlı mənbələrə istinadən xüsusi olaraq qeyd eləmişik ki, işğal altındakı Dağlıq Qarabağda Rusiyadan gələn emissarlar yerli erməniləri bölgənin Rusiyaya birləşdirilməsinə təşviq eləmək üçün gizli təbliğata başlayıb, bu məqsədlə hətta xüsusi fond da yaradıblar. Məlumatda həmçinin rus pasportları alacaq ermənilərə maddi xarakterli şirnikləndirici təkliflərin edildiyi barədə informasiyalar yer almışdı.
Belə görünür, Rusiya Azərbaycanı daha böyük gərginlikdə saxlamaq üçün bu yöndə müəyyən addımlar atmağa qərar verib. Doğrudur, bir çox təhlilçilərə, o sırada Azərbaycana münasibətdə hətta aqressiv mövqedə dayanan rus ekspertlərinə görə, hazırda Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi real deyil. Moskva heç bir səbəb olmadan Azərbaycanla, Türkiyə ilə bütün körpüləri yandırmaq istəməz.
Ancaq Kremlin danışan dillərindən sayılan LDPR lideri Vladimuir Jirinovskinin «postsovet məkanındakı bütün separatçı qurumlar gec-tez Rusiyaya birləşdiriləcək» kimi vaxtaşırı səsləndirdiyi avantürist bəyanatları, habelə son olaraq Bakıda Rusiya səfirliyi tərəfindən «Georgiyev lent»lərinin paylanması faktını da qulaqardı eləmək olmur.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə birbaşa və yeni təhlükə olan bu addımlara, bəyanat və açıqlamalara qarşı rəsmi Bakının, nəhayət, hərəkətə keçməsinin vaxtı çatıb. Ən azı yayılan xəbərlərə Xarici İşlər Nazirliyimiz səviyyəsində Rusiya dövlətindən izah istənilə bilər.