Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
07:41 | 15 may 2025 | Cümə axşamı
Məqaləyə 181 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
ABŞ prezidenti Donald Trampın ikinci prezidentliyinin ilk iki ayında onun ailəsinin biznes imperiyası ən azı 2 milyard dollar gəlir əldə edib. Məlumatı “The New York Times” (NYT) maliyyə sənədlərinə və mənbələrə istinadən yayıb.
Nəşrin yazdığına görə, əsas gəlir kriptovalyuta layihələrinə xarici investisiyalar, daşınmaz əmlak və eksklüziv klub təşəbbüsləri ilə bağlıdır. Kiçik Donald Tramp tərəfindən idarə olunan “TRUMP” kriptovalyutasının buraxılması ən azı 174 milyon dollar gəlir gətirib. Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri Erik Tramp və Kiçik Donald Trampın idarə etdiyi “World Liberty Financial” kripto layihəsinə 2 milyard dollar sərmayə qoyub.
“The New York Times”a görə, əhəmiyyətli vəsait daşınmaz əmlak sövdələşmələrindən gəlir. Qətər 5,5 milyard dollar dəyərində olan “Trump” kurortunun maliyyələşdirilməsinə kömək edir, dövlət əlaqələri olan Səudiyyə şirkəti Dubaydakı “Trump International Hotel and Tower”a 1 milyard dollar sərmayə qoyub. Serbiyanın Cared Kuşner (Trampın kürəkəni) ilə keçmiş Yuqoslaviya Müdafiə Nazirliyinin binasının yerində otel tikmək barədə razılaşması ayrıca qeyd olunur – layihə 1 milyard dollar dəyərində qiymətləndirilir.
NYT xəbər verir ki, Ağ Ev biznesin tamamilə prezidentin oğulları tərəfindən idarə olunduğunu iddia edərək, maraqların toqquşmasını inkar edir. Nəşr qeyd edir ki, hazırkı prezidentin ailəsinin biznes strukturlarına daxil olan cari gəlirlərin ABŞ-ın müasir tarixində heç bir presedenti yoxdur.