
Dəməşqlə Tel-Əviv arasında anlaşma
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
İraq kəşfiyyatı Şara ilə masada
Suriya və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığa başlayır
Suriya və İsrail masaya oturdu
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Rəsmi Dəməşq Paris danışıqlarından çəkildi
Yaxud Yayın istisində qaynayan region
... Yaxud dürzi icması, şəriət və qeyri-şəriət qarşıdurması
Ərəb qəbilələrindən 50 min döyüşçü Süveyda şəhərinə yaxınlaşır
Normallaşma perspektivi, demək olar ki, yoxdur
Dürzilər Suriya, Livan, İordaniya və İsrail də daxil olmaqla bir çox ölkəyə yayılıblar
Baş Qərargah binasının girişi vuruldu
Suriyaya qarşı sanksiyaların ləğvindən sonra ...
Ulduzların sayı artırılıb, buğda sünbülləri çıxarılıb
Livan terror təşkilatı ilə tam bacara bilmir
İsrail və Suriya arasında təmas
Suriya yeni əskinaslar çap etməyi planlaşdırır. Yeni əskinaslarda keçmiş lider Bəşər Əsədin portreti əks olunmayacaq. Uzun illər Əsəd ölkənin pul vahidində onun yeganə siması kimi görünürdü. Dəməşq rəhbərliyi diktatorun portretini əskinaslardan silməklə diplomatik açılışın iqtisadi addımlarla dəstəklənəcəyini söyləyir. Suriya diplomatik münasibətlərindəki yumşalmanı pul siyasəti ilə əks etdirməyi planlaşdırır.
Vətəndaş müharibəsi zamanı Rusiya Avropa Birliyinin sanksiyalarına görə on ildən artıqdır ki, Suriyanın əskinaslarını çap edən ölkə olub. İndi Dəməşq rəhbərliyi bu sahədə də müxtəlif aktorlara müraciət edib.
Hökumət yeni əskinaslarını Rusiyada deyil, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Almaniyada çap etmək istəyir. Suriya mənbələrinin məlumatına görə, BƏƏ-nin “Oumolat” şirkəti ilə danışıqlar son mərhələyə çatıb.
Alman ictimai şirkəti “Bundesdruckerei” və özəl sektor firması “Giesecke+Devrient” də prosesdə iştirak etmək istəyir.
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfəri zamanı Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlamasının ardınca Ər-Riyadda müvəqqəti prezident Əhməd Şəra ilə görüşü diqqət çəkib.
Bu təmaslar uzun müddət iqtisadi cəhətdən dünyadan təcrid olunmuş Suriya üçün investisiya imkanlarını artırır. Dünən baş verənlər də bu tendensiyanı təsdiqlədi.
***
Dəməşq hökuməti Tartus limanının modernləşdirilməsi üçün BƏƏ-nin “DP World” şirkəti ilə 800 milyon dollarlıq müqavilə imzalayıb.