
4.6 dollarlıq xidmət
“OpenAI” ən ucuz “ChatGPT” abunəliyini Hindistanda işə saldı
“OpenAI” ən ucuz “ChatGPT” abunəliyini Hindistanda işə saldı
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
İstifadəçilər etiraz etdi, “ChatGPT” geri addım atdı
Modellər arasında ən ağıllı, sürətli və istifadəsi rahat olanıdır
Süni intellektlə yazışmalar məhkəmədə sübut kimi istifadə oluna bilər
“ChatGPT” sayəsində bir ayda borcundan qurtuldu
“OpenAI”nin sabiq mütəxəssisi: “Süni intellekt bir neçə ilə nəzarətdən çıxacaq”
Həkimlərdən xəbərdarlıq: “Süni intellekt zehni sağlamlığı poza bilər”
Qərb texnologiya nəhəngləri də “DeepSeek”ə müraciət edirlər
Süni intellekt modellərinə nə baş verir?
Alman məktəblərində Süni intellekt narahatlığı
Süni intellektlə danışanlar ehtiyatlı olun!
İş dünyasının qızıl qaydası dəyişdi
42 “virtual həkim” xəstələrə onlayn xidmət göstərir
“Birlikdə etdiklərini tək başına etdikləri ilə müqayisə etmək olmaz”
“ChatGPT”nin qəhvə falı 12 illik evliliyi dağıtdı
Hər gün daha çox insanın qarşılıqlı əlaqədə olduğu Süni intellekt chatbotlarına qarşı nəzakətli olmaq təbii bir refleks ola bilər. Bununla belə, ekspertlər deyirlər ki, “ChatGPT” kimi süni intellektlərə “təşəkkür edirəm” demək kimi kiçik bir jestin əslində gözləniləndən daha böyük təsiri var. Hətta xəbərdarlıq edirlər ki, bu vərdişdən tez bir zamanda imtina etmək lazımdır.
Məşhur meneceri Lina N. “LinkedIn”də paylaşım yazaraq, istifadəçilərin ChatGPT-yə təşəkkür etmək üçün yazdıqları əlavə mesajlarının sistemdə əlavə enerji itkisinə səbəb olduğunu deyib.
“ChatGPT-yə təşəkkür etməyi dayandırın. Hörmətli ChatGPT, resurslarınıza qənaət etmək və enerji sərf etməmək üçün hər missiyadan sonra sizə təşəkkür etməyin”.
“Forbes”ə görə, “ChatGPT” bir saatda yarım milyon kilovatdan çox elektrik enerjisi sərf edir. Süni intellekt bir gündə təxminən 200 milyon sorğuya cavab verir. Bu, ABŞ-da təxminən 180.000 ev təsərrüfatının gündəlik elektrik sərfinə bərabərdir.
***
“The Washington Post” və Kaliforniya Universiteti tərəfindən dərc edilən araşdırmaya görə, “ChatGPT-4” ilə sadəcə 100 sözdən ibarət e-poçt yaratmaq üçün su şüşəsindən daha çox su istifadə edir. Bildirilir ki, hər bir söhbət üçün sistemin soyudulması üçün plastik su qabına bərabər su miqdarı tələb olunur.
Bu, süni intellekt tətbiqlərinin qlobal enerji istehlakını və su ehtiyatlarını ciddi şəkildə gərginləşdirə biləcəyi ilə bağlı narahatlıqları artırır. Hesablamalara görə, 2027-ci ilə qədər süni intellektin illik elektrik istehlakı 85-132 teravatt-saat diapazonuna çata bilər.