
Mask rekord qırdı
Dünyanın ən varlı adamın sərvəti yarım trilyonu gördü
Dünyanın ən varlı adamın sərvəti yarım trilyonu gördü
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
İlon Maskın şirkəti spektrum lisenziyaları əldə etdi
... Mask və süni intellekt hədəflərinə bağlıdır
“Tesla” sərmayəçiləri “robotaksi”nin genişləndirilməsi üçün Maskı təşviq etməyi düşünür
Dünyanın ən varlı adamından NRW-də seçkilər öncəsi AfD-yə dəstək açıqlaması
... Yaxud “Starship” proqramında dönüş nöqtəsi
NASA şirkət ilə 4 milyard dollarlıq müqavilələri imzalayıb
370 mindən çox şəxsi söhbət internetə sızdı
İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
14 yaşında işə götürülən Quazi “SpaceX”dən ayrılır
Dünyanın ən varlı adamı ABŞ-da yeni siyasi partiya planlarını kənara qoyur
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
Mask “Tesla Dojo” superkompüter projesini dayandırdı
Dünyanın ən zəngin adamı ABŞ-da az sevilən ictimai fiqur seçildi
“Simpsonlar”ın yaradıcısından Tramp və Maskla bağlı yeni proqnozlar
NASA alimləri deyirlər ki, Günəşdən püskürən qasırğalar “SpaceX”in “Starlink” peyklərinin Yerə “gözləniləndən daha sürətli” enməsinə səbəb ola bilər.
ABŞ Kosmik Agentliyinin Goddard Kosmik Uçuş Mərkəzinin komandası günəş aktivliyinin aşağı Yer orbitində peyklərin ömrünə təsirini öyrəndikdən sonra bu qənaətə gəlib.
Araşdırma nəticəsində məlum olub ki, İlon Maskın kosmik internet peyk şəbəkəsi xüsusilə planetin atmosferini qızdıran və peyklərin sürtünməsini artıran geomaqnit qasırğalarının təsirinə məruz qalır.
Tədqiqat Günəşin 11 illik fəaliyyət dövrünün zirvəsinə çatması ilə üst-üstə düşür. Zirvə günəş maksimumu kimi tanınır və böyük geomaqnit fırtınalarının və digər ekstremal kosmik hava şəraitinin səhnəsidir.
“Nəticələrimiz birmənalı şəkildə göstərir ki, geomaqnit aktivliyi yüksək olduqda peyklər atmosferə daha tez daxil olurlar”, – tədqiqatçılar bildirib.
Biz açıq şəkildə göstəririk ki, indiki günəş dövrünün intensiv günəş fəaliyyəti “Starlink”in atmosferə yenidən daxil olmasına əhəmiyyətli təsir göstərir.
“SpaceX” daha əvvəl “Starlink” peyklərinin uğursuz buraxılması cəhdlərində kosmos havasını günahlandırmışdı.
2022-ci ilin fevral ayında “Falcon 9” raketindən buraxılan 49 Starlink peykinin çoxu kiçik bir geomaqnit qasırğasından sonra Karib dənizi üzərindən Yerə düşdü.
Yer ətrafında orbitdə 7000-dən çox “Starlink” peyki var və “SpaceX” bu peyk qrupunun sayını 30.000-ə çatdırmağı planlaşdırır.
Hər bir “Starlink” peykinin məhdud ömrü var, bu adətən 5 ildən azdır. Bu müddətdən sonra peyklər yenidən atmosferə daxil olur və yerə çatmadan yanır.
Bu peyklərin bəziləri orbitdən çıxmaq üçün bort itələyicilərindən istifadə edir, digərləri isə atmosfer sürtünməsi səbəbindən təbii şəkildə düşür. NASA alimləri kəşf ediblər ki, geomaqnit qasırğaları zamanı 300 kilometrdən aşağı orbitə çıxan istənilən peyk gözləniləndən 10 günə qədər tez yanır.
Alimlər bildiriblər ki, bu daha sürətli təkrar girişlər peyklərin Yer atmosferində düzgün yanmama ehtimalını artıra bilər və “Starlink” peyklərinin yerə çatması üçün cavabdeh ola bilər.
Bunun yeganə məlum nümunəsi 2024-cü ilin avqustunda Kanadada bir fermada Starlink peykinin bir parçasının tapılması idi.
Tədqiqat “Solar Cycle 25”in yüksələn fazası zamanı ““Starlink” peyklərinin təkrar girişlərinin izlənməsi” adlı araşdırmada dərc olunub.
“The Independent” cavab hüququ üçün “SpaceX” ilə əlaqə saxlayıb.