Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
12:20 | 13 iyun 2025 | Cümə
Məqaləyə 205 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
İsrailin İrana hava zərbəsi endirməsindən sonra neft qiymətləri 13 faizə qədər bahalaşıb. ABŞ xam nefti sonuncu dəfə 11,38 faiz bahalaşaraq bir barel üçün 75,82 dollara, qlobal benchmark Brent markalı xam neft isə 10,28 faiz artaraq barrel üçün 76,48 dollara çatıb.
Neft qiymətləri İsrailin hücum hədələrindən sonra İranın paytaxtı Tehranda güclü partlayışlar barədə xəbərlərdən sonra bahalaşıb.
Birja ticarətində “Tokioda Nikkei 225” 1,2 faiz ucuzlaşaraq 37 719,82, Seulda “Kospi” isə 1,4 faiz ucuzlaşaraq 2 879,08-ə düşüb. Honq Konqun “Hang Seng” indeksi 0,9 faiz azalaraq 23 831,85, “Şanxay Kompozit İndeksi” isə 0,8 faiz azalaraq 3 375,16 olub.
Avstraliyanın “S&P/ASX 200” indeksi 0,3 faiz azalaraq 8535,90-a düşüb.
“Economist Intelligence”dən Ksu Tiaçen deyib ki, İsrailin İrana hücumu "əsas 10 qlobal risk arasında yer alır, lakin Asiya bazarlarının münaqişəyə nisbətən məhdud məruz qalması və Səudiyyə Ərəbistanı və BƏƏ ilə artan əlaqələri səbəbindən sürətlə bərpası gözlənilir.
İrana hücumlardan sonra “S&P 500” fyuçersləri 1,5 faiz, “Nasdaq 100” fyuçersləri 1,7 faiz və “Dow Jones Industrial Average” fyuçersləri 1,4 faiz ucuzlaşıb.
Bu gün erkən valyuta ticarətində ABŞ dolları bir qədər bahalaşaraq 143,67 Yapon yeninə yüksəldi. Avro ABŞ dollarına nisbətdə təxminən 0,5 faiz ucuzlaşaraq 1,1528 dollar olub.