İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:10 | 13 iyun 2025 | Cümə
Məqaləyə 266 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İranın Azərbaycana qarşı hərbi təhdidləri II Qarabağ Müharibəsi başa çatdıqdan sonra daha da gücləndi. Cənubi Qafqazda qüvvələr nisbəti Bakının xeyrinə dəyişməsi Tehranın ürəyincə olmadı. İran regionda baş verən geosiyasi dəyişikliklərə qarşı güc nümayişinə start verərək Azərbaycan sərhədi yaxınlığında bir neçə hərbi təlim keçirdi. 2021-ci il sentyabrın sonu və oktyabrın əvvəllərində İran qəfildən Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlərə başladı.
İran XİN-in sözçüsü həmin təlimlərin “suveren hüquq”dan irəli gəldiyini bildirdi, “İran sionist rejimin öz sərhədləri yaxınlığında olmasına dözməyəcək”, – dedi. Bir il sonra, 2022-ci ilin oktyabrında Tehran hərbi təlim çərçivəsində Azərbaycan sərhədi yaxınlığında Araz çayı üzərindən ponton körpüləri çəkərək çayı keçdi. Bunla da İran növbəti dəfə hərbi təxribat törətdi. 2023-cü ilin martında İran Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Azərbaycanın hava məkanına daxil oldu. İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı, Azərbaycanın Müdafiə və Xarici İşlər nazirlikləri İran qırıcısının Azərbaycanın hava məkanına daxil olmasını pisləyən birgə bəyanat yaydı.
İran İsrail-HƏMAS müharibənin başlayandan sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə İsrailə xam neft tədarükünə görə Türkiyə və Azərbaycana qarşı koordinasiyalı təbliğat hücumlarına başladı. Türkiyədəki İrandan ruhlanan, “HƏMAS”ı dəstəkləyən islamçı və solçu dairələr İsrailə neft ixracını dayandırmaq məqsədilə bir neçə nümayiş keçirdi və Azərbaycan neft şirkəti SOCAR-ın İstanbuldakı ofislərinə dəfələrlə hücum etdi. Qəribədir ki, İran Ermənistanın əsas enerji təchizatçılarından biri olması və onilliklər ərzində Ermənistanın işğalı altında olan Qarabağ bölgəsini neft məhsulları ilə təmin etməsi faktı Türkiyədəki islamçı və solçu dairələr tərəfindən analoji etirazla qarşılanmayıb...
İranın Azərbaycanın kritik enerji infrastrukturuna zərbələr endirəcəyi ilə bağlı rəsmi Tehran tərəfindən dəfələrlə hədə-qorxu dolu bəyanatlar səslənib. Dünən öldürülən generallar da həmin sırada yer aldırdı...