Rusiya iqtisadiyyatı çökür
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
07:52 | 2 iyul 2025 | Çərşənbə
Məqaləyə 171 dəfə baxılıb
Şriftin ölçüsü
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Blokada davam edərkən yarım milyardlıq yaxta boğazdan keçib
Qara dəniz sahillərində göyün üzünü tüstü örtüb, şəhərlər “neft yağışı”na tutulub
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
“Telegram” kanalları təkərlərin relsdən çıxdığını yazdı
İki həmyerlisinin qətlində şübhəli bilinən azərbaycanlı Rusiyada həbs olundu
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
Azərbaycanlı əsilli biznesmen Rusiya kinostudiyasını satın aldı
Rusiyanın Azərbaycana qarşı hazırki aqressiv və təxribatçı hərəkətləri fonunda Tatarıstan dövlətinin rəisi Rüstəm Minnixanovun bu gün Türkiyəyə səfər etməsi və R.T.Ərdoğanla görüşü təsadüfə bənzəmir.
Rusiyanın pərdəarxası tələblərinin reallaşmamasından sonra bütün ölkə boyu azərbaycanlı vətəndaşları və miqrant soydaşlarımıza qarşı hüquq-mühafizə orqanları vasitəsi ilə terrora başlaması daha təhlükəli təhdidlərin qapıda olduğunu göstərir.
Ancaq bu, yenilik deyil. Biz müstəqilliyimizi bərpa etdiyimiz ötən 34 il ərzində çoxsaylı geosiyasi konfiqurasiyalara və təhlükələrə qarşı dirəniş göstərmişik. Açıq və gizli planda böyük itkilər, qurbanlar vermişik.
Azərbaycan dünyada dondurulmuş münaqişələr tarixində presedent yaradaraq ərazi bütövlüyünü bərpa etməyə nail olub. Eyni zamanda quzeydən, güneydən və qərbdən gələn bütün təzyiq və təhdidlərə sinə gərərək regional aktor kimi enerji və nəqliyyat dəhlizlərində açar rola sahiblənib.
Rusiya isə hər zaman tələb edir. Özü də qeyri-adekvat formada, həm də qarşılıqsız. Azərbaycan dövləti isə xarici siyasətini ikinci Qarabağ savaşında qazandığı böyük qələbənin yaratdığı yeni siyasi şəraitin çağırışlarına uyğun qurur. Rəsmi Bakı indi daha güclü, müttəfiqləri ilə birgə dünyada yeni geosiyasi konfiqurasiyaların yaradıcısı rolunda çıxış etməyə başlayıb. İndi yalnız oyunun iştirakçısı deyil, həm də oyunquran Azərbaycan var.
Bu isə imperiyanı bərk qəzəbləndirir. Doğrudur, bu, ərazi və əhali statistikası etibari ilə dünyanın böyük dövləti olmayan dövlətimiz üçün ciddi təhlükə yaradır. Ancaq biz ən çətin, mürəkkəb dövrlərdə belə imperiyanı seçməmişik... Hətta müstəqilliyimizi təhdid edən güclərin ölkəmizə qarşı həlledici təsirə malik olduğu zamanlarda belə.
Əgər rəsmi Moskva indiki güclü Azərbaycanı imperiyaya xidmətçi rolunda görürsə deməli, həqiqətən də Kreml başını itirib. Biz müstəqil və sağlam, mərkəzində türk faktorunun dayandığı gələcəyi, davamlı inkişafı seçmişik. İmperiya yırtıcıdır, aqressivdir. Amma rəqibsiz və əbədi olaraq qalib və diktəedən deyil. Biz bu tezisi bir neçə dəfə praktik olaraq sübut etmişik. İnanıram ki imperiya yenə və daha fərqli məzmun və fərqli formada buna şahidlik etməyə məcbur olacaq. Azərbaycan uğrunda canından on minlərlə türk və müsəlmanın keçdiyi müstəqil və qüdrətli dövlətdir. Bu mərhələni də alnıaçıq şəkildə aşıb keçəcəyik. Hamımız bir yumruq kimi dövlətimizləyik!