Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
08:46 | 25 iyul 2025 | Cümə
Məqaləyə 741 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Neft qiymətləri, ticarət tarifləri ilə bağlı son tarix ərəfəsindəki nikbinlik və dizel bazarlarında yaranmış sıxlığın yaratdığı müsbət ab-hava nəticəsində yüksəlməkdə davam edir.
“Brent” markalı neftin qiyməti bir barel üçün 70 dollara yaxınlaşaraq, dünən yaşanan 1 faizlik artımın ardından yüksəlişini davam etdirib. ABŞ-ın WTI markalı xam nefti isə 66 dolların üzərində ticarət olunur. Hindistanın Ticarət naziri Piyuş Qoyal, ölkəsinin 1 avqustdan əvvəl ABŞ-la razılaşmaya nail ola biləcəyinə əmin olduğunu bildirib. Bu arada, Braziliya və Meksika da ticarət əlaqələrini inkişaf etdirmək axtarışındadır.
Digər tərəfdən, dizel qiymətləri sürətlə artaraq, daha çox dizel hasil edən xüsusi xam neft növlərinə yüksək bonus ödənilməsinə səbəb olub və durğunlaşmış neft bazarına yenidən dinamika qazandırıb. “TotalEnergies SE”yə görə, Avropa İttifaqının Rusiyadan enerji idxalını məhdudlaşdıran son tədbirləri də bu sıxlığa öz töhfəsini verib.
Xam neft bu ay ümumilikdə sabit bir xətt üzrə hərəkət etsə də, OPEC+ qrupunun hasilatı artırması ilə birlikdə ilin əvvəlindən bu yana ümumi eniş müşahidə olunub. Artıq təklif bolluğu ilə bağlı narahatlıqlar da bazarda təzyiq yaratmaqda davam edir. Qrupun növbəti hasilat səviyyəsinə dair görüşü 3 avqust tarixində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan nefti – “Azeri Light” son ticarət sessiyasında 76,07 ABŞ dollar səviyyəsində satılıb.