
ABŞ böhranın kənarında
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
ABŞ rəhbərliyində anlaşmazlıq qiymətli metalı günbəgün bahalaşdırdı
“ABŞ hökumətinin qapanması” və FED-in qərarsızlığı birjaları narahat edir
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
Dolların dəyər itirməsi qızılı yenidən rekord səviyyəyə çatdırdı
ABŞ valyutası hökumətin bağlanma riski fonunda zəiflədi
Qlobal bazarlarda göstəriciləri gözləyir
Qiymətli metal ardıcıl 6-cı həftəlik qalibiyyətinə yaxınlaşır
ABŞ Federal Ehtiyat Sistemi (FED) sədri Cerom Pauell (Jerome Powell) “Jackson Hole” simpoziumundakı çıxışında sentyabr ayında faiz endirimlərinin yolunu açaraq, iqtisadçılara görə növbəti addımların göstəricilərə bağlı olacağını bildirdi. Çıxışdakı mesajlar bazar iştirakçılarının risk iştahasını artırdı.
Pauellin cümə günü “Jackson Hole”da etdiyi çıxış gözləntilərdən daha yumşaq olduğundan ABŞ fond birjaları həftəlik itkilərini silərək artıya keçdi.
Faiz endirimi gözləyən investorların aşağı borclanma xərcləri şəraitində yaxşı performans göstərən səhmlərə yönəlməsi nəticəsində “S&P 500” indeksi 1,5% qalxaraq may ayından bəri ən yüksək səviyyəyə çatdı.
Bütün texnologiya nəhənglərinin səhmləri bahalaşdı, kiçik şirkətləri əks etdirən “Russell 2000” təxminən 4% artdı, bankların səhmləri isə tarixi maksimum səviyyəyə yüksəldi.
“Intel Corp.” ABŞ hökumətinin şirkətdə təxminən 10% pay alması ilə 5,5% bahalaşdı. Investorlar sentyabrda Fed-in faiz endirəcəyini daha çox qiymətləndirərkən, ABŞ dövlət istiqrazlarının bütün maturitet əyrisi boyunca qiymətləri artdı və iki illik istiqraz faizləri 10 baza xal aşağı düşdü. Dolar indeksi isə təxminən 1% azaldı.
Kripto bazarında isə hərəkətlənmə sürətlənib və “Ether” dörd il sonra ilk dəfə rekord vurdu. Yeni həftənin ilk əməliyyat günündə ABŞ və Avropa fyuçers indeksləri isə az da olsa mənfi zonada qaldı.
Asiya səhmləri isə FED-in faiz endirimi gözləntiləri ilə bahalaşır. “MSCI Asia Pacific Index” bir ara 1,1% qalxıb, Honkonqdakı texnologiya səhmləri 3,1% artıb, Şanxay səhmləri isə 0,9% bahalaşaraq son 10 ilin ən yüksək səviyyəsindədir.