Azərbaycan Vatikanla əlaqələri möhkəmləndirir
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
20:59 | 17 iyun 2014 | Çərşənbə axşamı
Məqaləyə 1633 dəfə baxılıb
Şriftin ölçüsü
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
Marko Polonun ailəsi gətirmiş ola bilər
Meloninin fotosunu montaj edib intim saytda yayımladılar
İtaliyada qadın siyasətçilərin fotoşəkilləri intim saytına yerləşdirilib
Salvini ilə Makron arasında Ukrayna gərginliyi
İtalyanlar makaron yeyib necə arıq qalırlar?
Ölənlərin sayı 4-ə çatdı
İtaliyanın məşhur «Capitolino Flash» (Paytaxt İşığı) qəzetində Diaspor Jurnalistləri Birliyinin İtaliya nümayəndəliyinin sədri, rəssam Həsən İsgəndərov ilə müsahibə dərc olunub.
«Mədəniyyətin təkamülü və Azərbaycan» adlı müsahibədə İtaliya ilə Azərbaycan arasında təhsil, mədəniyyət sahələrində əlaqələrin daha da gücləndirilməsi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər barədə yerli oxuculara ətraflı məlumat verilir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünya mədəniyyətinə verdiyi töhfələrdən söz açan jurnalist Paolo Onorati yazır: «Birinci xanım Mehriban Əliyeva incəsənət və mədəniyyət sahəsinə çox böyük diqqət yetirir. Beynəlxalq aləmdə onun bu əməyi əvəzedilməzdir. Birinci xanımın misilsiz əməyi sayəsində Azərbaycan mədəniyyətinin zənginliyi bütün dünyaya çatdırılmışdır. Mehriban xanımın əsas məqsədlərindən biri öz ölkəsində və dünyada milli-mədəni dəyərlərin qorunub saxlanılmasıdır. Məsələn, Azərbaycanda qədim nəsillərdən gələn muğam adlı ənənəvi musiqi janrı vardır. Ancaq bu qədim musiqiyə maraq azalırdı. Mehriban xanımın təşəbbüsü ilə Bakıda möhtəşəm Muğam Mərkəzi tikilmişdir. İndi bu mərkəzdə istedadlı muğam ifaçıları konsertlər verirlər. Eyni zamanda, qədim muğamın yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün müxtəlif beynəlxalq müsabiqələr keçirilir. Mehriban xanımın diqqət və qayğısı sayəsində muğam haqqında xarici dillərdə nəşrlər hazırlanmışdır».

Müsahibədə Mehriban Əliyevanın qədim Azərbaycan xalçaçılıq sənətinin qorunmasına böyük diqqət ayırmasından da danışılır: «Azərbaycanın hər bölgəsinin xalçaçılıq sənəti üzrə öz bədii naxış kompozisiya quruluşu vardır. Bu xalq sənətinin gələcək nəsillərə ötürülməsi üçün Mehriban xanımın təşəbbüsü ilə xalça mərkəzləri yaradılıb, Xalça Muzeyi üçün yeni bina tikilir. Paytaxt Bakıda Müasir İncəsənət Muzeyi təşkil olunmuşdur. Azərbaycanın görkəmli sənətkarlarının işləri bu muzeydə sərgilənir».
Həmçinin müsahibədə bildirilir ki, «Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İtaliyanın paytaxtı Roma şəhərində ən əhəmiyyətli tarixi binalardan biri olan Kapitolino Muzeyinin Fəlsəfə zalı bərpa edilmişdir. Həmçinin Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa olunmuşdur. Bununla əlaqədar birinci xanım Mehriban Əliyeva və Kardinal Can Franko Ravazi arasında memorandum imzalanmışdır. Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində müqəddəs taxt-tacın dövlət katibi, kardinal Tarçizio Bertoni ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələri, Azərbaycanın dini və mədəniyyətlərarası dialoqda rolu vurğulanmışdır. Birinci xanım, həmçinin Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti, kardinal Jean-Louis Tauranla da görüşmüşdür».

Müsahibədə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun fikirlərinə də yer verilib. Səfir deyib: «Bildiyiniz kimi, İtaliya və Azərbaycan böyük mədəniyyətə və qədim tarixə malik olan ölkələrdir. İtaliya, dünya mədəniyyət tarixində böyük rol oynayır. Mənim ən böyük arzum iki ölkə arasında mədəni əlaqələri daha da gücləndirməkdir. İtaliyanın incəsənət sahəsində böyük təcrübəsi vardır. Azərbaycan çox dinamik inkişaf edən bir ölkədir. Mən altı il ərzində İtaliyanı və italiyalıları, onların mədəniyyətini daha da yaxşı tanıdım. İstərdim azərbaycanlı gənclər də mənim kimi bu mədəniyyəti yaxşı tanısınlar. Həmçinin istərdim ki, çoxlu istedadlı italiyalı gənclər də mənim ölkəmə getsin və bizim mədəniyyətimizlə, tariximizlə daha da yaxından tanış olsunlar».
Müsahibənin elektron versiyasını aşağıdakı linkdən izləmək mümkündür: http://www.capitolinoflash.it