vaxtlı-vaxtında oxuyun! Cümə, 11 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
QARABAĞ  
«Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir» 16:01 | 2 iyul 2014 | Çərşənbə Məqaləyə 5018 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir»

Rusiya kommunistlərinin liderindən gözlənilməz etiraf

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycanın tarixi torpaqları gec-tez özünə qayıdacaq». Publika.az-ın məlumatına görə, bunu Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov bəyan edib.


Rusiyalı partiya sədri G.Züqanov daha sonra bildirib ki, o, Azərbaycanın ərazi bütövlüyünü keçmiş SSRİ-də olan sərhədlərlə tanıyır və qəbul edir: «Mən Azərbaycanda səfərdə olanda, bu ölkənin necə tez dəyişməsinin və inkişaf etməsinin şahidi olmuşam. Bakı çox gözəl və müasir şəhərə çevrilib. Azərbaycanla bağlı mənim xatirələrim çoxdur. Hətta, mənim atam Böyük Vətən müharibəsi dövründə döyüşdə yaralanmış və Bakıda müalicə olunmuşdu. Bakıda müalicə alıb sağaldıqdan sonra isə atam yenidən müharibəyə yollanmışdı. Bu baxımdan da Bakı mənim üçün yaddaqalan şəhərdir».