
Tənhaların dünyası
Adamlar bir-birindən ayrılır, ayırırlar ...
Adamlar bir-birindən ayrılır, ayırırlar ...
«Bakcell» rəsmisi Süheylə Cəfərova: «Balansın «səbəbsiz» silinməsi» şikayətlərinə gəldikdə isə, ...»
Sosial media insanlarda depressiyanı müəyyən etməyə kömək edir
Elektron xidmətlərdən istifadə, birbaşa təmasın aradan qaldırılması rüşvət cinayətlərini məhdudlaşdır
İran sosial mediadan yaxa qurtarmağın yollarını axtarır
«İş elanı» adı altında səhifələri reklam etmək dəbə çevrilib
Kimdir günahkar: kişilər, yoxsa qadınlar?
Ölkə xaricindən internetlə təhqir edənlər necə cəzalandırılacaq...
İttiham, münaqişə, təhqir, qərəz dolu ailədə böyüyən uşaqlar
Aqressiv virtual oyunlardan və sosial şəbəkələrdən
Ailə pərdəsi altında yaranan ictimai birliklər yetim uşaqlar yetişdirir
Rəhman Zeynalov «Azəri qızı Günel»in həbs olunması xəbərindən danışdı
«Azəri qızı» Günel həbs edildi
Uşaqların asudə vaxtlarında nə ilə məşğul olmaları valideynləri hər zaman düşündürür. Ancaq bununla belə, onların kompyuter oyunlarına və sosial şəbəkələrə meyl etdiyinin fərqinə varmırıq. ANS TV-nin məlumatına görə, psixoloqlar bu cür meyllərin uşaqlara mənfi təsir edəcəyini vurğulayır.
Nəzərə alsaq ki, məktəblər bağlanıb və şagirdlər yay istirahətindədirlər, deməli asudə vaxtları da boldur. Bəs görəsən bu asudə vaxtı düzgün dəyərləndirə bilməyənlər sonda hansı nəticələrlə üz-üzə qalmaq məcburiyyətindədirlər. Hazırkı dövrdə aqressiv oyunlar oynamaq və sosial şəbəkələrdə saatlarla vaxt keçirmək adi hala çevrilib.
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, sosial şəbəkələr və psixologiyaya mənfi təsir edən oyunların uzun müddətli istifadəsi gələcəkdə böyük fəsadlara səbəb ola bilər: «Çünki uşaqlar ünsiyyətə olan ehtiyacını sosial şəbəkələrdə axtarırsa, sonradan cəmiyyətdə onların öz yerlərini tapması müşkül məsələyə çevriləcək. İlk növbədə isə itirilən sağlamlıqdır».
Uşaqların bu cür mənfi vasitələrdən uzaq tutulmasında valideynlərin üzərinə böyük məsuliyyət düşür.
Həkim psixoloq Günel Zeynalova deyir ki, aqressiya doğuran oyunlar uşaqlara həm fiziki, həm də mənəvi təsir edir: «Uzun müddətli komputer qarşısında oturan şəxslərdə gözlər və boyun əzələləri, həmçinin əllər daim gərgin vəziyyətdə olur. Bu isə bilavasitə beyini tarım vəziyyətdə saxlamaq deməkdir. Bundan əlavə oyunların yaratdığı aqressiya uşaqların psixikasını pozduğu üçün gələcəkdə yarana biləcək fəsadlar sığortalanmamış olur. Belə uşaqlar daim ətrafdakılara zərər vermək, təkliyə qapılmaq kimi mənfi xüsusiyyətlər qazanır».
Həkim onu da əlavə etdi ki, bütün bunların qarşısını almaq üçün uşaqların texnologiyadan istifadəsini nəzarət altında saxlamaq lazımdır: «Azyaşlılara təxminən gündə 3 dəfədən çox olmamaq şərti ilə fasilələrlə 15-20 dəqiqə komputerdən istifadəyə icazə verilməsi məsləhətdir. Yalnız daimi nəzarət və düzgün istiqamətləndirmə sağlam gəncliyin inkişafına şərait yarada bilər».