Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:40 | 15 iyul 2014 | Çərşənbə axşamı
Məqaləyə 1578 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Latın Amerikasına səfəri çərçivəsində Ermənistan prezidenti gözlənilməz bəyanat verib. «Rusiyanın Azərbaycana hərbi sursat satması Ermənistan üçün çox ağrılı mövzudur. Bizim xalqımız strateji tərəfdaşımızın Azərbaycana silah satmasından çox narahatdır».
Uzun illər ərzində Azərbaycan da Ermənistan kimi Rusiyadan lazımi silah və texnika alır. Bir fərqlə-Bakı silahı kommersiya dəyərində alır, İrəvana isə onlar ya pulsuz, ya da böyük endirimlə əldə edir.
Bundan başqa hamıya bəllidir ki, Gümrü şəhərində Rusiya hərbçilərinin böyük bazası yerləşir ki, burada da Ermənistan hərbçilərinin hazırlığı keçirilir. Bu ölkənin İran və Türkiyə ilə sərhədlərini də rusiyalı sərhədçilər qoruyur. Bu isə İrəvana öz silahlı qüvvələrini Qarabağ istiqamətində yönəltməyə imkan verir.
Nə baş verdi, nə üçün məhz indi Serj Sərkisyan Rusiya silahlarını xatırladı?
Ekspertlərin fikrincə, bu iki ölkə sərhədindəki münaqişənin artması ilə bağlıdır. Ermənilərin istənilən təxribatlarına Azərbaycan Ordusu layiqli cavab verir. Nəticədə erməni ordusu sırasında olan itkilər çoxalır. 2014-cü ilin birinci yarısında erməni ordusunda ölənlərin sayı rekord səviyyəyə çatıb.
İrəvan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ ətrafında işğal edilən rayonların dərhal boşaldılmalı olması haqqında təklifindən çox narahatdır.
Bu gün Avrasiya İqtisadi Birliyi yaranması ərəfəsində artıq hər şey strateji partnyor olan Rusiyadan asılı deyil. Buna misal olaraq Qazaxıstan Ermənistanın yeni struktura qəbul edilməsinin əleyhinədir.
Bu gün Ermənistanda vəziyyət pisdir. İqtisadiyyat dağılıb, qiymətlər sürətlə artır, hətta Ermənistanın yeni birliyə daxil olması prosesi ləngiyir.
Bir sıra siyasi partiyaların liderləri açıq-aşkar Serj Səkrisyanın istefaya getməsi haqqında açıq aşkar danışırlar. Bu nə qədər tez olsa həm ölkə, həm də onun özü üçün yaxşıdır.
Bu da Ermənistan rəhbərinin bu cür bəyanatla çıxış etməsinə səbəb olub. Bu çətin ki, onun rusiyalı dostlarının xoşuna gəlsin. Rəsmi İrəvan dirəndiyi dalandan çıxış yolu axtarır və bütün bəlalarda yaxın tərəfdaşını ittiham edir.
Bütün bunlar isə Ermənistanın ikinci erməni dövləti yaratmaq istədiyi vaxtda başlayıb. Bundan nə çıxacağına isə özünüz qərar verin!