
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Bu millətdə normal insan olmayacaq?
Humanitar yardım adıyla silah daşınır
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
Fransa isə qoşun yeritmək fikrində
Ən azı bitmək üzrədir...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
Azərbaycan Xankəndi yolunu bağlayır ...
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
Azərbaycan Rusiyanın oyununu pozur
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
Erməni baş nazir müharibə istəyir?
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
Dağlıq Qarabağda erməni və Azərbaycan güclərinin təmas xəttində gərgin vəziyyət davam edir. Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib. Seyran Ohanyan hesab edir ki, istənilən provakasiya müharibəyə keçə bilər, amma hələ ki genişmiqyaslı döyüşlər üçün əsas yoxdur. Hələlik döyüş mövqelərinə könüllülər dəstələri göndərilib.
Ermənistanın müdafiə naziri hesab edir ki, ordu əlavə səfərbərlik olmadan qoyulmuş məsələləri həll etməyə bacarıqlıdır. Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan Ermənistanın sərhəd regionlarına baş çəkib. Azərbaycanın general-leytenantı Rövşən Əkbərov isə son günlər ərzində erməni hərbçilərinin çox sayda itki verdiyini bildirib. General atışma nəticəsində 6-7 erməni döyüş mövqeyinin məhv edildiyini də vurğulayıb. «Müharibəni biz atıcı silahla aparırıq. Biz hələ silahın başqa növlərinə müraciət etmədik. Əgər biz silahın başqa növlərinə müraciət etsək, onda orada heç bir insan qalmayacaq», - deyə Azərbaycan generalı bildirib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, son günlər ərzində erməni hərbçiləriylə təmas xəttində atışmaların gedişatında 13 Azərbaycan hərbi qulluqçusu həlak olub. Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağda münaqişənin nizama salınmasına görə danışıqlar aparacaq. Görüş Soçidə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə avqustun 8-9-na təyin edilib. Ölkə başçıları güman edirlər ki, onlar «problemin sülh nizamlanmasına və gərginliyin zəifləməsinə açarı» tapmağı bacaracaq. (ANSpress)