Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:53 | 9 avqust 2014 | Şənbə
Məqaləyə 1529 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Avqustun 9-da Soçidə Rusiya və Ermənistan prezidentlərinin görüşü olub. «İnterfax» agentliyinin məlumatına görə, Ermənistan prezidenti Serj Sərkisyan Vladimir Putinə deyib ki, Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan bilərəkdən qızışdırır.
Sərkisyan Putinə deyib: «Mən bizim regiondakı vəziyyət və Azərbaycan-Ermənistan sərhədində vəziyyəti Azərbaycanın qızışdırmasının səbəbləri haqda sizə geniş məlumat verəcəyəm».
(Qeyd edək ki, son günlər Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində döyüşlərin qızışmasında Azərbaycan və Ermənistan bir-birlərini ittiham edir–red.).
Avqustun 10-da Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü gözlənilir. Putinin mətbuat katibi Dmitri Peskov avqustun 9-da jurnalistlərə belə deyib: »Biz prezidentlərin üçtərəfli görüşünün sabah - avqustun 10-da gündüz keçiriləcəyini istisna etmirik».
D.Peskov Qarabağdakı vəziyyət haqda isə bunları deyib: «Vəziyyət doğrudan da gərgindir, qeyri-sabitdir. Ona görə də danışıqlara cəhdlər olunur».
Ancaq Peskovun sözlərinə görə, hər üç prezident avqustun 9-da axşam da qeyri-formal şəraitdə də görüşə bilərlər. Belə ki, Əliyev, Sərkisyan və Putin beynəlxalq sambo yarışlarına baxmağa gedəcəklər.
«Platforma S-70» adlı döyüş sambosu yarışlarına Putinin gəlişi artıq ənənəyə çevrilib. Peskov deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin də ona qoşulacağı gözlənilir.
Qeyd edək ki, avqustun 9-da Soçidə Putin Sərkisyanla görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşüb. («Azadlıq» radiosu)