
Peterburqda səs-küylü cinayət
Biznesmen Mustafayevin arvadını da tutdular
Biznesmen Mustafayevin arvadını da tutdular
«Biznesmen Əlizadə Mustafayev və Ülviyyə Saitmuratovanı ömürlük həbs gözləyir...»
Peterburqdakı azərbaycanlı biznesmenlər hədələnib
Biznesmen Mustafayev «Range Rover»lə avtobusun qarşısını kəsdi, ...
Rusiyalı məmurların leksikonundan: «Biz məbədə gedə, dua etmək əvəzinə tənqid ediriksə …»
Milyarder «Tülpan İlham»ın düşməni və qruplaşması bütöv cəbbəxana ilə tutuldu
Prezidentlərin son görüşündən 365 gün keçib
Sankt-Peterburq metrosundakı partlayış 5 adamın həlakı, 50-dən çox yaralıya səbəb oldu
Azərbaycanda 3 manat 50 qəpiyə satılan Bakı pomidoru, Rusiyada cəmi 50 qəpiyə?
Rusiyadakı səfirliyimiz vətəndaşlara müraciət edib
Azərbaycanlı milyarder-oliqarx torpağını satıb borcunu ödədi
Rusiyada polis 14 yaşlı hamilə qızın «sevgili»sini axtarır
Sankt-Peterburq görüşünün əsas nəticəsi
Rusiyanı boş dükanlar və uzun növbələr gözləyir
Maskalılar azərbaycanlı biznesmenin 1,5 milyon dollarını qəsb etdi
Hüquqşünaslar böhtan iddiasını bəhanə edib nəşri məqsədəuyğun saymayıblar
Sankt-Peterburqun «Zenit» futbol klubunun braziliyalı hücumçusu Halk hakim Aleksey Matyuninin onu irqi zəmində təhqir etdiyini deyib.
Virtualaz.org saytının Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu hadisə Rusiya çempionatının 15-ci turunda «Mordoviya»-«Zenit» oyununda baş verib.
«Mən sakitcə hakimə onunla söhbət etmək üçün yaxınlaşdım. Əlimi onun çiyninə qoydum. O isə təkəbbürlü halda mənə bunu etməməyimi dedi. Mən hakimlə sakit formada danışırdım. O isə əksinə, əsəbiləşməyə başladı. Daha sonra dedim: «Sən irqçisən?» O da cavabında dedi ki, «Sən mənim xoşuma gəlmirsən və mənim qaralardan zəhləm gedir» - deyə braziliyalı futbolçu vurğulayıb.
Hakim isə «Sport-Ekspress» nəşrinə müsahibəsində bütün ittihamları rədd edib. O, həmçinin qeyd edib ki, məhkəmədə öz hüquqlarını müdafiə etməyə hazırdır.
«Mən inanmıram ki, Halk mənim haqqımda belə bir söz desin. Çünki biz hər ikimiz bilirik ki, bu belə deyil. Kimisə irqçilikdə ittiham etmək çox ciddi məsələdir. Belə bir hərəkətə görə vətəndaş Cinayət Məcəlləsinə uyğun olaraq cəzalanır. İttiham etmək üçün sübut və ciddi əsaslar olmalıdır. Onu da qeyd edim ki, əvvəlcədən planlaşdırılan böhtanın özü də böyük bir cinayətdir. Bu böhtanı sübut etmək mənə çətin olmayacaq. Hazırda biz atılan böhtanın mənbəsi ilə bağlı araşdırmalar aparırıq» - deyə Aleksey Matyunin bildirib.
Qeyd edək ki, 2011-ci ildə II divizionda çıxış edən «Volqa» (Tver) futbol klubunun rəhbərliyi də hakim Aleksey Matyunindən şikayət etmişdi. «Volqa»-«Saturna-2» oyununu idarə edən Aleksey Matyunin matç zamanı Tver klubunun oyunçusu Albert Hacıbəyovun ünvanına kobud sözlər işlətmişdi. Bu hərəkətə görə Rusiya Etika Komitəsi hakimi bir il ərzində iki dəfə diskvalifikasiya edib. Ancaq hər dəfə Apelyasiya Komitəsi ona müraciət edən Aleksey Matyuninin xahişini yerinə yetirib.