Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
20:06 | 27 dekabr 2017 | Çərşənbə
Məqaləyə 2847 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Peterburqda idarə etdiyi «Range Rover»lə məktəbliləri daşıyan avtobusun qarşısını kəsib sürücünü döyən və bıçaqlayan azərbaycanlı biznesmen Əlizadə Mustafayevin tutulması əməliyyatının təfərrüatları məlum olub. virtualaz.org xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəhbəri, general Aleksandr Bastrıkin bu səs-küylü cinayət işini nəzarətinə götürəndən sonra Peterburqun hüquq-mühafizə orqanlarının rəhbərləri qarşısında Yeni ilə qədər nə yolla olursa olsun, şübhəlini yaxalamaq vəzifəsi qoyub. Nəticədə onu tutmaq üçün həm şəhər Baş polis idarəsinin, həm müvafiq rayon polis şöbəsinin əməliyyatçıları səfərbər olunub.
Hadisədən dərhal sonra Mustafayev və onunla birlikdə avtomobildə olan, avtobus sürücüsünü beysbol dəyənəyi ilə döyən Zülfiyyə adlı qadın mobil telefonlarını söndürüblər. Ötən gün dekabrın 26-da axşama doğru məlum olub ki, Mustafayevi azərbaycanlılar gizlədir. Əvvəlcə on Kronştaddakı mənzilə aparıblar, paralel olaraq Mustafayevə «ehtiyat aerodrom» axtarıblar. Müəyyən olunub ki, ona yaxın azərbaycanlı bu və ya digər formada Mustafayevə kömək edib.
«Rosqvardiya»nın SOBR xüsusi təyinatlı dəstəsinin döyüşçüləri əvvəlcə Mustafayevə məxsus metal qəbulu məntəqəsinə, daha sonra onu gizlədənlərin avtomobilinə basqın ediblər. Həmin şəxslərin avtomobili izlənilib, avtomobil Kollantayda park edib və onun içərisindən Azərbaycandan olan iki nəfəri düşürüblər. Tezliklə həmin yerə daha bir xarici avtomobil yaxınlaşıb, SOBR döyüşçüləri bu avtomobildən daha dörd azərbaycanlını tutublar. Onlardan biri Mustafayev üçün tutulmuş vəkil olub. Daha sonra SOBR döyüşçüləri Mustafayevin əvvəlcə gizləndiyi mənzilə baxış keçiriblər, onu orada tapmayıblar.