Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
22:00 | 27 dekabr 2017 | Çərşənbə
Məqaləyə 2856 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Dekabrın 25-də axşam saatlarında idarə etdiyi «Range Rover» avtomobili ilə Rusiyanın Sankt-Peterburq şəhərində məktəbliləri daşıyan avtobusun qarşısını kəsən və sürücünü bıçaqlayan azərbaycanlı biznesmen Əlizadə Mustafayevi və yaralı sürücüyə küt alətlə zərbə endirən arvadı Zülfiyyə Saitmuratovanı ömürlük həbs gözləyir. Virtualaz.org xəbər verir ki, bunu Sankt-Peterburq İstintaq Komitəsinin rəhbərinin KİV-lərlə iş üzrə baş köməkçisi, polkovnik Sergey Kapitonov bildirib.
Kapitonov deyib ki, sürücüyə çoxsaylı bıçaq zərbələri endirən, bu gün səhər könüllü istintaqa təslim olan Ə.Mustafayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət hazırlanır. Onun vətəndaş nikahında yaşadığı arvadı Zülfiyyə Saitmuratovanın isə axtarışları davam edir. Bu səs-küylü cinayətə görə xuliqanlıq zəminində qəsdən adam öldürməyə görə şübhəlilərin barəsində cinayət işi qaldırılıb. «Həmin maddənin ağırlaşdırılmış hal üzrə tətbiqi şübhəlilərin ömürlük həbs cəzası ilə cəzalandırılmasını nəzərdə tutur»-polkovnik Kapitonov deyib.
İlkin məlumatlara görə Ə.Mustafayev avtobus sürücüsünü azyaşlı uşaqların qarşısında bıçaqlamasını söyüşlə əlaqələndirib. İstintaqa ifadəsində deyib ki, avtobus sürücüsü onu arvadının yanında söyüb, bu səbəbdən sürücü ilə dava edib. Dava zamanı avtobus sürücüsü onu boğmağa çalışdığı üçün bıçağa əl atıb. Mustafayevin bildirdiyinə görə, arvadı ilə hadisədən sonra ayrılıblar və onun hazırda harada olduğunu bilmir.
Xatırladaq ki, bu hadisə geniş rezonans doğurub. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin işi şəxsi nəzarətinə götürüb və şübhəlilərin tezliklə tapılması üçün göstəriş verib.
***
14:50
Məlumata görə əməliyyatçılar Mustafayevlə əlaqəsi olan bütün azərbaycanlı biznesmenləri, o cümlədən Leninqrad vilayətində və Peterburqda aktiv biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlıları xəbərdar ediblər: əgər Mustafayevin yerini deməsələr və ya o özü təslim olmasa onların ticarət obyektlərinin başının üstünü bütün müvafiq instansiyaların-«Rospotrebnadzor»un, Yanğınsöndürmə Xidmətinin, verginin və s. əməkdaşları kəsdirəcək.
DİN-in Peterburq üzrə Baş idarəsinin əməkdaşı deyib ki, bu xəbərdarlıq öz işini görüb. Dekabrın 27-də səhər tezdən Mustafayev Nevsk rayonu üzrə polis idarəsinin növbətçi hissəsinə gələrək təslim olub.
Mustafayevlə birlikdə olan qadının axtarışları isə davam edir, ancaq onun saxlanılması vaxt məsələsidir.
***
11:46
Rusiyanın Sankt-Peterburq şəhərində idarə etdiyi «Range Rover» avtomobili ilə məktəbliləri ekskursiyadan qaytaran avtobusun qarşını kəsərək sürücünü bıçaqlayan azərbaycanlı biznesmen Əlizadə Mustafayev saxlanılıb. Virtualaz.org xəbər verir ki, 44 yaşlı biznesmen Peterburqun Vsevolojsk rayonunda yaxalanıb. Bundan əvvəl Rusiya İstintaq Komitəsi onun fotolarını yaymışdı və şəhər sakinlərindən xahiş etmişdi ki, şəxsin yaxalanmasına yardım edən informasiyaları hüquq-mühafizə orqanlarına çatdırsınlar.
Bildirilir ki, hazırda Mustafayev Peterburqun İstintaq Komitəsində dindirilir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün onun daha sonra məhkəməyə çıxarılacağı gözlənilir. Ə.Mustafayevin barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi qaldırılıb. İnsident zamanı onunla birlikdə avtomobildə olan qadın-30 yaşlı Zülfiyyə Səidmuratova isə axtarılır.
Xatırladaq ki, bu səs-küylü hadisə dekabrın 25-də axşam saatlarında baş verib. «Range Rover» sürücüsü qarşıda hərəkət edən avtobusun manevrlərindən hirslənərək onun qarşısını kəsib. Avtobusun sürücüsünü sükan arxasından dartaraq onunla dava etməyə başlayıb. Dava zamanı Mustafayev bıçaqla avtobus sürücüsünə 3 zərbə endirib. Üstəlik onunla birlikdə avtomobildə olan qadın da küt alətlə yaralı sürücünün qıçlarına vurub. Daha sonra cütlük heç nə olmamış kimi hadisə yerindən uzaqlaşıb. Yaralı avtobus sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə avtobusdakı 4-cü sinif şagirdlərinin gözləri qarşısında baş verib, onların bir neçəsi gördüklərindən şoka düşüblər.
Hadisə geniş rezonans doğurub. Ötən gün Rusiya İstintaq Komitəsinin rəhbəri, general Aleksandr Bastrıkin işi şəxsi nəzarətinə götürüb və şübhəlinin tutulması üçün bütün təxirəsalınmaz tədbirləri görməyi tapşırıb.
Ə.Mustafayev 2009-cu ildə Rusiya vətəndaşlığı alıb, Peterburqda yükdaşıma və metal tullantıları biznesi ilə məşğuldur. Müntəzəm olaraq Azərbaycana gəlib-gedir.