
Aşot olmaq faciəsi...
... Yaxud erməni amansızlıqlarının, barbarlıqlarının bir anı
... Yaxud erməni amansızlıqlarının, barbarlıqlarının bir anı
İrəvan növbəti il əl-qolu bağlı qalacaq
Sərhəddən Ermənistanın başına od ələnəcək
Belarus prezidentinin dedikləri zarafat deyil, reallığa baxışı idi
Lukaşenko erməni baş nazirin verdiyi ziyafətə qatılmadı
Paşinyan KTMT-də Bakıya qarşı son şansını da itirdi
Paşinyandan dörd prezidentə qarşı hörmətsizlik
“Ermənilərin təşkilata ümidi doğrulmayıb”
Paşinyan Bakıya qarşı cəbhə planlaşdırır
Ermənistan KTMT-dən çıxmağı bacaracaqmı?
KTMT liderləri sabah İrəvana toplaşır
“SSRİ”ni bərpa edəcəkdi MDB-ni də itirir
Paşinyan: “Bu, söz oyunu deyil”
Artıq İrəvanın çıxış yolu bağlanıb
KMTM və Şanxay Əməkdaşlıq Təşkilatı Ermənistan baş nazirinin arzusunu puç etdi
Ermənistan sakinləri Köçəryan və Qarabağ ermənilərini özlərinə yad hesab edir
Avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.
Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək komandanlıq tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirilib. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib, 8 nəfəri yaralanıb.
Hərbi ekspert Üzeyir Cəfərov ermənilərin cəbhənin Ağdam və Xocavənd istiqamətlərində törətdikləri təxribata münasibət bildirib.
O, Modern.az saytına açıqlamasında deyib ki, təhlükəsizlik səviyyəsinin aşağı düşməsi və itkilərin getdikcə artması Ermənistan rəhbərliyini cidd narahat edib.
«Ermənilər özlərinin nə qədər ağılsız, düşüncəsiz olduqlarını bir daha ortaya qoydular. Mən bir daha əmin oldum ki, ermənilər nəinki Azərbaycanla, ümumiyyətlə heç bir qonşu ilə normal yaşayış tərzinə öyrəşməyəcəklər və öyrəşmək də istəmirlər.
Mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın prezident Serj Sərkisyanla görüşündən sonra cəbhədə təxribatlar törədəcəklərini gözləyirdim. Belə də oldu. Azərbaycan tərəfi düşmənin həmlələrinə ən sərt şəkildə cavab verdi. Bir neçə pilotsuz aparatlarının məhv edilməsi, əsgər-zabit itkiləri onlara hələ də dərs olmayıb. Ermənilər düşünür ki, Azərbaycan əvvəlki Azərbaycandır.
Ölkənin siyasi rəhbərliyi, Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, düşmən ən sərt şəkildə cəzalanacaq. Azərbaycan prezidentinin «Əgər erməni əsgəri ölmək istəmirsə, onun Ağdamda, Füzulidə nə işi var» deməsi onlara hələ də söz kimi gəlir. Amma gördüyünüz kimi ermənilər 10-dan artıq itki verib, 5 nəfər dünyasını dəyişib, 8 nəfər ağır yaralıdır. Ağır yaralı olanlardan neçə nəfərinin yenidən ordu sıralarına qayıdacağı isə sual altındadır..».
Ü.Cəfərov ermənilərin bundan sonra daha ağır zərbələr görəcəyini bəyan edib: «Zərbələrin miqyası o dərəcədə olacaq ki, erməni anaları Serj Sərkisyan və əlləri Xocalıda azərbaycanlıların qanına batan cinayətkar müdafiə naziri Seyran Ohanyanı kürsüdən süpürüb atacaqlar.
Onsuz da sentyabrın 4-də Ermənistanda geniş kütlənin etiraz aksiyası gözlənilir. Əslində ermənilər o ərəfədə cəbhədə vəziyyəti gərginləşdirmək, insanların diqqətini əks tərəfə yönəltməklə vəziyyətdən çıxış yolu tapmağa çalışırlar. Hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyi düşməni artilleriya zərbələri ilə məhv etməkdə çox düzgün qərar qəbul edib».
Ekspert «Yenidən müharibə başlayacaq» fikirlərinə belə cavab verib:
«Azərbaycan daxilində bəzi narahatlıqlar var ki, ölkəmiz hansısa döyüş əməliyyatlarına başlayacaq, buna hazırlıqlar gedir və s. Mən fikirləşirəm ki, Azərbaycan son dərəcə təmkin nümayiş etdirəcək və düşməni çox rahat, sakit şəkildə cəzalandıracaq. Proses isə artıq başlayıb.
Nəzərə almaq lazımdır ki, düşmən itkilər verib. Bu itkiləri sığortalamaq üçün Azərbaycana müəyyən zərbələr vurmağa çalışacaq. Əminəm ki, hər zaman ayı-sayıq olan Azərbaycan hərbi komandanlığı bunu diqqətdə saxlayır».