
Cəhənnəmin kandarı
Bundan sonra nə olacaq?
Bundan sonra nə olacaq?
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Hikmət Hacıyev: “Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz fantaziya kimi qəbul oluna bilərdi”
...Dirçəliş və tərəqqinin qüdrətli simvolu
Gözlərim önündə bir mənzərə var – sabah kimlər bir araya gəlməyəcək
“Bütün müvafiq tərəfdaşlarla yaxşı əlaqələrə malikdir”
... azad olanda – kəlmələrin üstündə, bütün məfhumlardan dəyərli olur
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Əgər bir soyun əksəriyyəti qəddar, vəhşi, faşistdirsə, ...
Moskva 35 ildə fitnəkar təcrübəsilə daha da canavarlaşıb
Moskvada avtomobil partladı, sui-qəsd olduğu ehtimal edilir
... Yaxud əlləri havada qalan Ağdam sakini
... Yaxud “Fəth və Zəfər” kilsəsinin Türk “tərcümeyi-halı”
Almaniyalı rəssam İnqa Şmidtin master-klassı çərçivəsində hazırlanan əsərlərin sərgisi
Məğlub olmuş ölkənin başçısı Qalib baş komandandan mədət diləyir
Aprel döyüşlərindən şanlı Zəfərə!
«Rusiya hüquqi baxımdan indiki hərbi əməliyyatlara müdaxilə etməz. Çünki Rusiyanın Ermənistanla kollektiv təhlükəsizlik müqaviləsi var. Rusiya Dağlıq Qarabağın deyil, Ermənistanın təhlükəsizliyinə cavabdehdir. Dağlıq Qarabağ sırf Azərbaycanın ərazisi sayıldığına görə Rusiya bu oyuna getməz».
Bu barədə Modern.az saytına açıqlamasında «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq indiki hərb əməliyyatlarda Rusiyanın prosesə yalnız qeyri-leqal olaraq separatçılara dəstək verə biləcəyini deyib:
«Başqa formada qeyri-rəsmi olaraq Rusiya əlbəttə ki, Dağlıq Qarabağ separatçılarına dəstək verə bilər. Məsələ orasındadır ki, əgər Rusiya belə bir addım atsa, onun üçün bu çox böyük risk olar.
Birincisi ona görə ki, Rusiya-Azərbaycan münasibətləri korlanaraq gərginləşəcək. Bu Rusiyanın özü üçün də itkidir.
İkincisi, Rusiya elə düşünməsin ki, əgər onlar Dağlıq Qarabağa xüsusi dəstələr göndərsələr, Azərbaycan buna sadəcə olaraq seyrçi qalacaq.
Azərbaycana da dost və müttəfiq Türkiyə, Pakistan, Belarus və digər yaxın münasbibətdə olduğumuz ölkələr dəstək verəcək. Bu da öz növbəsində Rusiyaya əlavə problemlər yarada bilər».
Elxan Şahinoğlu deyib ki, əgər Azərbaycan Ermənistanın sərhədlərinə aid olan ərazilərə müdaxilə edərsə, Rusiya buna cavab verəcək:
«Rusiya üçün əlbəttə ki, qırmızı cizgilər var. Ermənistanın öz ərazisinə hücum olarsa, təbii ki, Rusiya hərbi əməliyyatlara tam müdaxilə edə bilər. Amma bizim Ermənistanın öz ərazisinə hücum və müdaxilə etmək planımız yoxdur.
Uzaqbaşı hərbi əməliyyatlar Qazax və Tovuzun sərhədyanı kəndlərinə qədər gedib çıxa bilər. Qarabağ sərhədindən Ermənistana keçməyənə qədər Rusiya heç bir hərbi müdaxilə etməyəcək.
Bu məsələdə Rusiya çox ehtiyatlı mövqe tutub. Düzdür, bu gün Rusiya mediası birtərəfli xəbərlər yayır. Amma Rusiya rəsmi hərbi və siyasi dairələri açıq bəyanat vermirlər.
Qırmızı cizgilərdən biri Xankəndi də ola bilər. Əgər Azərbaycan ordusu Xankəndi istiqamətində hərəkətlənərsə, Rusiya açıq hərbi müdaxilə və hərəkətə keçə bilər. Hələ ki Azərbaycan ordusunun qarşısındakı vəziyyət başqadır. Hələ ki ordumuz Qarabağ ətrafındakı rayonları boşaltmağa çalışır».
Politoloq Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəyanatlarının Rusiyanın hələ rəsmi mövqeyi olmadığı qənaətindədir:
«Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatnın bəyanattlarını o qədər də önəmsəmək lazım deyil. Neçə gündür ki, təmas xəttində vəziyyət gərgindir. Amma baxaq görək Ermənistana dəstək varmı?
Bu müqavilənin üzvü olan dövlət Belarus açıq şəkildə Azərbaycanı dəstəkləyir. Belarusun Xarici İşlər Nazirliyi açıq şəkildə bəyanat verib ki, Azərbaycanın ərazi və suverenliyini dəstəkləyir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin dediklərinə əhəmiyyət vermək lazım deyil. Əsas olan Rusiya rəsmiləri və onların atacağı addımlardır. Hələ ki Rusiya rəsmi şəkildə Azərbaycana yönəlik hansısa açıqlama vermir».