
Unudulmayan telefon nömrəsi...
... Yaxud əlləri havada qalan Ağdam sakini
... Yaxud əlləri havada qalan Ağdam sakini
Almaniyalı rəssam İnqa Şmidtin master-klassı çərçivəsində hazırlanan əsərlərin sərgisi
Məğlub olmuş ölkənin başçısı Qalib baş komandandan mədət diləyir
Aprel döyüşlərindən şanlı Zəfərə!
Bir kitabdan daha artığı
Yanlış adlar və ifadələr nəyə gətirib çıxarır?!
Düşmən gülləsindən yayınıb qardaş gülləsi ilə həlak olan qəhrəman
Nə yaxşı ki, suverenlik məsələsini vaxtında və tam həll etdik
Əcnəbilər bölgələrə niyə getmirlər?
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
...Yaxud çadır həyatının təəssüratları
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
Bakının cavabı necə olacaq?
Təmas xəttinin Ağdərə-Tərtər və Goranboy istiqamətlərində Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə əldə edilmiş «sükut rejimi»nin qüvvəyə minməsindən sonra tərəflər döyüş meydanında qalmış cəsədlərin axtarışına başlayıb.
Virtualaz.org xəbər verir ki, «sükut rejimi» Bakı vaxtı lə saat 15.00-da qüvvəyə minib və axşam saat 20-yə qədər davam edəcək.
RİA Novosti agentliyinin məlumatına görə Beynəlxalq Qırmızı Xaçın iki maşını bir neçə gün əvvəl şiddətli döyüşlərin getdiyi Talış kəndinə gəlib. Razılaşmaya əsasən Azərbaycan və Ermənistan silahlı qüvvələrinin hərbçiləri cəsədləri tapıb götürmək üçün Beynəlxalq Qırmızı Xaçın nümayəndələrinin müşaiyəti ilə müvafiq olaraq təmas xəttinin qarşı hissəsinə keçiblər.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı agentliyə bildirib ki, cəsədlərin axtarışı artıq başlayıb. «Sükut rejimi»nin qorunub saxlanılmasına ATƏT əməkdaşları və Beynəlxalq Qırmızı Xaçın nümayəndələri kömək edir. Axtarışlar Bakı vaxtı ilə saat 20-yə qədər davam edəcək»-o deyib.
Ermənistanın «Hüquqi özbaşınalığa qarşı» ictimai birliyinin rəhbəri Larisa Alaverdiyan isə bildirib ki, erməni tərəfinin əlində Azərbaycan hərbçilərinin cəsədləri var. Lakin əsir götürülən yoxdur. O, erməni tərəfdən itkin düşmüş hesab edilənlərin aqibətinin məlum olmadığını deyib.
15:18
Bu gün Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq, qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə gəlinən razılığa əsasən, döyüş meydanında qalmış meyitlərin götürülməsi prosesinə başlanıb.
ATƏT nümayəndələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi saat 20.00-a qədər davam edəcək.
12:50
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.
Nazirliyin məlumatında əlavə olunur ki, ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.
12:20
Dağlıq Qarabağda tərəflər bu gün Bakı vaxtı ilə saat 15:00-da atəşin dayandırılması və həlak olmuş döyüşçülərin cəsədlərinin axtarışına başlanması barədə razılığa gəliblər.
Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, bu barədə qondarma «DQR»in «müdafiə ordusu»nun operativ şöbəsinin rəhbəri Viktor Arustamyan bildirib.
«Razılığa gəlmişik ki, bu gün saat 15:00-dan başlayaraq şimal və cənub istiqamətlərində atəş dayandırılacaq və həm erməni, həm də Azərbaycan tərəfindən həlak olmuş döyüşçülərin cəsədlərinin axtarışına başlanacaq», - mənbə belə deyib.