İsrail Livanın cənubunu vurdu
1 nəfər mülki vətəndaş həlak oldu
13:19 | 31 oktyabr 2016 | Bazar ertəsi
Məqaləyə 851 dəfə baxılıb
Şriftin ölçüsü
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
Hesablama Palatasının hesabatı MM-də müzakirə olundu
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
Milli Məclisin yəhidi əsilli deputatı Yevda Abramov Azərbaycanın burada keçirilən beynəlxalq səviyyəli tədbirlərdə, idman oyunlarında təhlükəsizliyin təmin olunmasında İsrailin «Mossad» təşkilatı ilə əməkdaşlıq etdiyini təsdiqləyib.
Sputnik-in məlumatına görə, modern.az-da müsahibəsində millət vəkili deyib ki, İsrail bu gün müttəfiq və dost olduğu ölkələrə özünün təhlükəsizlik xidmətlərini təklif edir. «Bu gün «Mossad» Azərbaycanın xüsusi xidmət orqanları ilə çox yüksək səviyyədə əməkdaşlıq edir. Bu əvvəl də belə olub, indi də belədir.» – deyə deputat bildirib. «2012-ci ildə Bakıda «Eurovision» mahnı yarışması keçirilən zaman «Baku Kristal Hall»a yaxın yerdə, Xəzərdə suyun altında «Mossad»ın akvalanqçı əməkdaşları İrandan Azərbaycana gələn terrorçuları tutdu.» – deyən Abramovun sözlərinə görə, «Qaradağdakı transformatordan yazan və İsraili hər zaman hədəfə alan, antiisrail yazılarla çıxış edən Azərbaycandakı bəzi jurnalistlər, KİV-lər» «Mossad»ın həmin xidmətlərini görməyiblər.
«Avropa Oyunlarında da Bakının təhlükəsizliyini, oyun keçirilən əsas strateji obyektləri, məntəqələri «Mossad» qorudu. Bəs görəsən jurnalistlər bunu niyə yazmırlar? Çünki yaza bilməzlər. Bunu yazsalar, İrandan ona verilən «salam» bir də verilməyəcək», – deyə yəhudi deputat əlavə edib.
Abramov onu da deyib ki, «Mossad»ın Azərbaycanla əldə etdiyi razılığı pozması mümkün deyil. ««Mossad» öz dostlarına heç vaxt xəyanət etməz. Hansı dövlət özünün xidmət göstərdiyi dostunu itirmək istəyər? Bu gün Azərbaycanı İsraildə ən yüksək dairələrdə qəbul edirlər. Ən yaxşı dostlarımız İsraildə ən yüksək vəzifələrdə təmsil olunurlar. Məsələn, Aviqdor Liberman. Mənim dostum, vaxtilə Knessetin deputatı, sonra xarici işlər naziri olmuş Liberman bu gün ən strateji və mühüm post olan müdafiə naziri vəzifəsindədir. Aviqdor Liberman Azərbaycanı çox sevir. O, deputat, xarici işlər naziri olanda dəfələrlə Azərbaycana səfər edib. Cənab prezident İlham Əliyevlə, parlamentin spikeri Oqtay Əsədovla da görüşüb», – deyə Abramov bildirib.
Deputat Ermənistanın Rusiyadan aldığı «İsgəndər-E» uzaqvuran raketi ilə bağlı verdiyi açıqlamanın Ermənistanda ajiotaj yaratması məsələsinə də aydınlıq gətirib:
«Azərbaycan mediasına açıqlama vermişdim ki, Ermənistanın «İsgəndər-E» raketinə sahib olması hələ heç nəyi dəyişə bilməz. Azərbaycan İsraildən «İsgəndər-E» raketindən də güclü raketlər, komplekslər alacaq. Ermənistanın müdafiə naziri dedi ki, Azərbaycanda yəhudi əsilli deputat bütün Ermənistanı lərzəyə saldı. Bircə cümlə demişdim e. Bunu deməyə haqqım var. Çünki İsrailin indiki müdafiə naziri, vaxtı ilə parlamentlərarası dostluq qrupunda işləmiş, keçmiş sovet vətəndaşı, rusdilli yəhudi Aviqdor Libermandır. O bizim dostumuzdur. Mən İsraildə Libermanla çox sərbəst danışıram. Aramız da açıqdır. Azərbaycanın apardığı siyasətin özü də ona imkan verir ki, İsrail dövləti ona daha yaxın olsun. Çünki regionda dövlətlərimizin oxşar maraqları və cəhətləri var. 25 ildir ki, bizim Dağlıq Qarabağ məsələsi, 40 ildən də çoxdur ki, Fələstin problemi öz həllini tapmır. Bu münaqişələrin həll olunmamasına əsas səbəb odur ki, kənardan ciddi müdaxilə edənlər var. Çünki münaqişələrin həllinə yaxınlaşdıqca, böyük supergüc dövlətlər bu prosesə maneçilik törədirlər».