Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
20:08 | 1 noyabr 2016 | Çərşənbə axşamı
Məqaləyə 1963 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
«Azərbaycan prezidentinin Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinin mümkünlüyü barədə təşəbbüsü əslində yeni deyil. Prinsipcə, bundan əvvəl də Azərbaycan Dağlıq Qarabağa status verməyə hazır olduğunu bəyan edib. Əslində, İlham Əliyevin bu təşəbbüslə çıxış etməsinin başqa vacib mənası var».
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında tanınmış rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin bu bəyanatının ATƏT-in Minsk qrupu həmsədrlərinin və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin regiona səfərləri ilə eyni vaxtda səslənməsi təsadüfi deyil: «Bunlar bir-biri ilə əlaqəli olan məsələdir. Ermənistan hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirakını dayandırıb. Həm həmsədrlər, həm də Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistan rəhbərliyini danışıqlar masasına qaytarmağa çalışır. Məsələ ondadır ki, bu ilin aprel ayında Qarabağda dörd günlük müharibədən sonra aydın oldu ki, bu münaqişə dondurulmuş deyil, hər an müharibə başlaya bilər».
Politoloq bildirib ki, bundan sonra müvəqqəti güzəştlərin əldə edilməsi məqsədi ilə substantiv danışıqlara başlanılıb. «Bu güzəşt 2011-ci ildə işlənib-hazırlanmış Kazan formuluna əsaslanmalı imiş. Kazan formulunun prinsipləri artıq hər kəsə məlumdur. Söhbət ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasından (Ermənistanla dəhliz saxlanılması şərti ilə) gedirdi. Dağlıq Qarabağın statusu isə gələcəkdə müzakirə olunmalı idi. Demək olar ki, razılıq əldə olunmuşdu, hər şey hazır idi, bircə imza atmaq qalmışdı. Lakin son anda Ermənistan rəhbərliyi qorxaraq geri çəkildi. Sərkisyan bu addımı atacağı təqdirdə, devriləcəyindən qorxdu və sülh müqaviləsinə imza atmaqdan imtina etdi. Hazırda müxtəlif qüvvələr, o cümlədən həmsədrlər və Avropa İttifaqı cəhd edir ki, yenidən İrəvanı danışıqlar masasına qaytarsın. Ona görə də hesab edirəm ki, İlham Əliyevin Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinin mümkünlüyü barədə təklifi substantiv danışıqların bərpa olunmasına cəhdlə bağlıdır. Çünki, bu gün yenidən münaqişə bölgəsində təhlükəli vəziyyət yaranıb. Münaqişə hər an alovlana bilər. Münaqişənin nizamlanması ilə bağlı danışıqlar isə dondurulub. Azərbaycan prezidenti danışıqların bərpa olunmasının tərəfdarıdır».