“Lukoil”un neft emalı zavodu vuruldu
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
09:13 | 10 noyabr 2016 | Cümə axşamı
Məqaləyə 763 dəfə baxılıb
Şriftin ölçüsü
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
Necə ki, Barak Obama Amerika prezidenti seçiləndə ona böyük ümidlər və gözləntilər var idi, indi də Donald Trampdan istəklər var. Putin Trampı təbrik edərək deyib ki, münasibətlərin əvvəlki axarına qaytarılacağına ümid edir, Türkiyənin baş naziri Binəli İldırım isə deyib ki, “Güləni verin və münasibətlərdə yeni səhifə aşaq”, Misirin hakimiyyəti sevinir ki, Trampı birinci onlar təbrik ediblər və s.
Görək hələ Tramp dövlət katibi vəzifəsinə kimi təyin edəcək? Özü təhlükəsizlik və xarici siyasət məsələlərində təcrübəli olmadığına görə ona beyni yaxşı işləyən və dost qazanmağı bacaran dövlət katibi lazımdır. Başqa bir sual yenə aktuallığını qoruyur: Tramp Putinlə vəd etdiyi kimi dostlaşa biləcəkmi? Mən şübhə etmirəm ki, Putin Trampın andiçmə mərasimidən sonra Ağ Evin yeni sahibini Moskvaya səfərə dəvət edəcək. Putin bununla Trampı dilemma qarşısında qoyacaq: “Demirdin ki, mənimlə dost olmaq istəyirsən, gəl Moskvada dərdləşək”. Trampın Moskvaya səfərə razılaşması Krımın işğalının unudulması və beləcə Ukraynaya verilən dəstəyin azaldılması kimi başa düşüləcək, səfərdən imtina isə Ağ Evin yeni sahibinin vədinə xilaf çıxması anlamına gələcək.
Trampın Ukraynanı arxa plana atıb Moskva ilə dostlaşmaq istəyi Avropa İttifaqının bir çox ölkəsinin də işinə yarayır. Onlar da Krıma və Ukraynaya görə Rusiya ilə əbədi düşmən qalmaq istəmir, sanksiyaların ortadan qaldırılmasını istəyirlər. Məsələn, İtaliya, Yunanıstan və Macarıstan kimi ölkələrin adlarını çəkmək mümkündür. Elə Avropa İttifaqının əsas dövlətlərindən birinin - Fransanın da siyasi palitrası Rusiya ilə dostluq əlaqələrini bərpa etmək istəyir, prezidentliyə əsas namizədlərdən biri Nikola Sarkozi də Krımın işğalını unutmağa hazırdır.
Beləliklə, Ukrayna üçün ağır günlər başlayır. Tramp iş adamı kimi havaya pul sovuranlardan deyil. Ona görə də çətin ki, Kiyev Amerikadan böyük miqdarda kredit ala bilsin. Hələ üstəlik Tramp Putinlə də dostlaşsa Kiyev üçün Donbas problemini həll etmək də çətin olacaq.