
Urmiya gölü çölə çevrilərsə
Türk dünyasının bağrına sancılan duz xəncəri
Türk dünyasının bağrına sancılan duz xəncəri
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
«Urmiya gölünün canlandırılması İran dövlətinin əsas prioriteti deyil». Bunu Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Əhməd Əlirza Beygi «Fars news»un müxbiri ilə danışıqda bildirib.
«Urmiya gölünün xilası üçün ayrılan 100 milyard tümənlik büdcənin əsas hissəsi müxtəlif universitetlərin araşdırma işləri və xarici səfərlərə xərclənildi, sonda isə öncədən mövcud olan plana çatdılar. Bu məsələdə dövlət özü üçün təsəvvür etdiyi mənafedən keçməli, lazımi vəsait ayırmaq və subsidiya ödəməklə su mənbələrinə düzgün nəzarət etməlidir»- deyə o bildirib.
Bundan sonra dövlətin Urmiya gölünün xilası üçün əsaslı iş görə bilməyəcəyini vurğulayan azərbaycanlı millət vəkili əlavə edib ki, dövlət büdcə ayırarkən əhalinin ehtiyaclarını nəzərə almır. «Son aylarda neft istehsalı və ixracının həcmi 2 dəfə artıb. Lakin Urmiya gölünün canlandırılması 15 milyard dollarlıq təyyarə alınması və digər mövzularla müqayisədə, onun dövlət üçün əsas prioritet (öncəlik) olmadığını göstərir» deyə Əhməd Əlirza Beygi deyib.
Qeyd edək ki, ekspertlərin sözlərinə görə, Urmiya gölünün quruması 15 milyondan çox insanın həyatını təhlükə altına alıb, bu böhran göldən 500 kilometr radiusda olan ərazilərdə bütün canlıların məhv olması ilə nəticələnə bilər.