
Səyahət mövsümündə aviaxaos
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Yüzlərlə turist Türkiyədə hotellərdə çıxılmaz vəziyyətdə qaldı
“Ən yaxşı qiymət” tələbi illərlə davam edib – Avropa şirkətləri zərərin ödənilməsini istəyir
İtaliyanın məşhur turizm bölgəsində dilənçilik qadağasına sərt reaksiya
Hansı dövlətin vətəndaşları daha çox ölkəyə vizasız səfər edə bilir?
Leipzigə məcburi eniş
AB və ölkə daxili uçuşların qiyməti qalxıb, qitə xaricinə səfərlər ucuzlaşıb
Bali adası cinayət qrupları üçün cazibə mərkəzinə çevrilə bilər
Meksika turist axınına etiraz edir
Şirkət manipulyasiya yolu ilə müştərilərindən artıq ödəniş alıb
Türkiyəlilərə 30 lirəyə olan qiymət xarici turistlərə 1 avrodur
Qadınların tək getməməsi lazım olan 5 təhlükəli şəhər
Hər gecəyə 3 faiz əlavə pul ödənəcək
Halüsinogen göbələk yeyənlər özlərini də itkin düşmüş sayıblar
Qiymətli əşyaları qarət edilib, bank hesabları boşaldılıb
«Noyabrın 30-dan başlayaraq dekabrın 5-6-a qədər ərəb ölkələrindən, xüsusilə Birləşmiş ərəb Əmirliklərindən Azərbaycana çoxlu sayda turist gələcək».
Bunu AzVision.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, Yeni İl ilə əlaqədar artıq Bakıda və regionlarda yerləşən mehmanxanalarda otaqlar ərəb turstləri tərəfindən born edilib, boş yerlərin sayı məhduddur.
«Bayram ərəfəsində ərəb ölkələrindən, Rusiyadan və digər ölkələrdən Azərbaycana gələn turistlərin çoxluğunu hiss edəcəyik. Artıq regionlarda, xüsusilə Qəbələ, Qusar, Qubada olan otellərdə demək olar ki, yer yoxdur».
N.Bağırov bildirib ki, ərəblərdən sonra Azərbaycana qış turizminə meyli olan turistlər arasında Rusiya vətəndaşları üstünlük təşkil edir.
«Yeni il ərəfəsində ölkəyə xeyli sayda rusiyalı turist gələcək, çünki onlar xizək turizminə daha çox meyllidirlər».
N.Bağırov ərəb ölkələri ilə bağlanılan yeni müqavilələrə diqqət çəkərək bildirib ki, bu, daha çox ərəb turistlərin Azərbaycana gəlməsinə imkan verəcək.