Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:11 | 3 dekabr 2016 | Şənbə
Məqaləyə 1194 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyada Kremlə bağlı «Gecə canavarları» motosikletçilər klubu öz liderləri Aleksandr Zaldostanovla («Cərrah») birlikdə prezident Vladimir Putinə müraciət edərək ölkənin gerbinin dəyişdirilməsini təklif edir.
Virtualaz.org xəbər verir ki, Zaldostanov sosial şəbəkələrdə gerbin dəyişdirilməsinin tərəfdarlarını da bu müraciətə qoşulmağa və Putinə məktub yazmağa çağırır. Putinin baş baykeri hesab edir ki, Rusiyanın gerbi SSRİ-nin gerbi olmalıdır, ancaq üzərinə ikibaşlı qartal təsviri əlavə olunmaqla.
Sosial şəbəkələrdə yayılan kadrlara əsasən Zaldostanov gerbin dəyişdirilməsini şer oxuyaraq əsaslandırır, bildirir ki, Rusiyanın yeni gerbi rus imperiyasını, sovet dövrünü və indiki Rusiyanı özündə birləşdirməli, vərəsəlik prinsipinə əsaslanmalıdır.
Zaldostanovun həmin rolikdə oxuduğu şerdə Qarabağın da adı çəkilir. Şerin bir hissəsinin təxmini tərcüməsi belədir:
İkibaşlı qartal qanadlarını yellədi
Və sovet gerbinin zirvəsindən
Gördü ki, yeni imperiyada
Ölkəni xalq taleyi aparır
Və alov keçidləri ilə yenidən qaynadaraq
Donbassı, Qarabağı, Palmiranı arxasınca çəkib apararaq
Həm də Vətənimizi irəli dartaraq...
«Cərrah» həmin şeri ötən il Krımda keçirilən bayk-şouda da oxuyub. Lakin bunlar baykerin öz şeri deyil, Zaldostanov Leonid Kornilovun «İmperiya» şerinin bəzi sözlərini dəyişdirərək öz istəyinə uyğunlaşdırıb. Ona görə də şerin bəzi misraları absurd məna kəsb edir.
Buna baxmayaraq Kremldə deyirlər ki, Zaldostanovun yeni imperiya gerbi barədə ideyasını müzakirə edəcəklər. Prezident Putinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, Zldostanovun təklifi hələ Kremlə daxil olmayıb. «Ancaq məktub daxil olan kimi biz bu barədə prezidentə məruzə edəcəyik. İndiyə qədər bu təkliflər heç kim çıxış etməmişdi. Ona görə də Zaldostanovun təklifi yeni ideya kimi müzakirə oluna bilər. Putin yeni ideyalara həmişə diqqətlə yanaşır»-Peskov bildirib.
Məsələ burasındadır ki, Zaldostanov və onun «Gecə canavarları» klubu adi baykerlər deyil. Prezident Putin vaxtaşırı olaraq Zaldostanovla və onun klubunun üzvləri ilə görüşür. Və «Gecə canavarları» bir qayda olaraq Rusiyanın eksponsionist siyasətinin təbliği ilə məşğuldur. Məsələn, Zaldostanov və baykerləri Donbass separataçılarına dəstək aksiyaları keçirib, Krımın Rusiyaya birləşdirilməsini öz şouları ilə dəstəkləyib. Ötən il onun klubu Ermənistan üzərindən Dağlıq Qarabağa da motoyürüş təşkil etməyə hazırlaşırdı. Lakin görünür Bakının narazılığını nəzərə alaraq Moskvada bu təşəbbüsdən daşındılar. Zaldostanovun klubuna Kreml tərəfindən bu yaxınlarda 7 milyon rubl qrant da ayrılıb.