vaxtlı-vaxtında oxuyun! Cümə, 5 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
«Ermənistan görüşdən qaçır» 13:55 | 3 dekabr 2016 | Şənbə Məqaləyə 1068 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənistan görüşdən qaçır»

Nazir: «Deməli, sözləri yoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

Mən dünən Hamburq görüşü ilə bağlı Anjey Kaspşiklə danışdım, Ermənistandan hələ də bir xəbər yoxdu. APA xəbər verir ki, bunu bu gün xarici işlər naziri Elmar MəmmədyarovAzərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan xarici işlər naziri səviyyəsində görüşə hazırdır: «Ermənistan tərəfi isə görüşlərdən qaçır. Deməli, sözləri yoxdur».

Təmas xəttində gərginliyə toxunan xarici işlər naziri bildirib ki, əsas məsələ Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasıdır: «Kaspşikin ofisinin genişləndirilməsinə gəlincə, biz buna razıyıq. Ancaq əsas bu deyil. Əsas məsələ Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasıdır».