vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 22 yanvar 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
«Təşkilatın işi münaqişənin həlli deyil» 23:20 | 15 noyabr 2017 | Çərşənbə Məqaləyə 2413 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təşkilatın işi münaqişənin həlli deyil»

ATƏT-in baş katibindən gözlənilməz etiraf

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini bərpa etmək lazımdır. Virtualaz.org xəbər verir ki, bunu İtaliyada dərc olunan «Agenzia Nova» nəşrinə müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger deyib.

O qeyd edib ki, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin apardığı iş münaqişənin, xüsusilə təmas xəttində kəskinləşməsinin qarşısının alınması baxımından vacib əhəmiyyətə malikdir.

«Təşkilatın işi prosesin nəzarətdə saxlanılmasından ibarətdir, münaqişənin həlli deyil. Tənzimlənmənin məsuliyyəti tərəflərin üzərinə düşür», - baş katib qeyd edib.

Bütün uzun müddət davam edən münaqişələr mövzusuna toxunan Qreminger deyib ki, ATƏT vasitəçi rolunu oynayır, lakin son nəticədə münaqişənin tənzimlənməsi tərəflərin siyasi iradəsindən asılıdır. Buna görə də, ATƏT kimi təşkilatlardan münaqişələrin həlli kimi məsələlərdə gözləntilər daha realistik olmalıdır.