Biz Yaxın Şərqə nə ilə qayıtdıq?
Region həyatımızda getdikcə daha çox yer tutur...
12:44 | 8 dekabr 2016 | Cümə axşamı
Məqaləyə 1202 dəfə baxılıb
Şriftin ölçüsü
Region həyatımızda getdikcə daha çox yer tutur...
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Ya Trampın təklifini qəbul edib silahı yerə qoymaq, ya da ...
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
İsrail “HƏMAS” rəhbərlərinə sui-qəsd etdiyini açıqladı
“Ya silahlarınızı təhvil verin, ya da Qəzza məhv ediləcək və siz aradan qaldırılacaqsınız”
Girov razılaşmasını qəbul etməsi üçün ...
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Baş nazir Benyamin Netanyahunun dekabrın 13-ə Bakıya planlaşdırılmış səfəri və İran prezidenti Həsən Ruhaninin Ermənistana gözlənilən səfəri Birləşmiş Ştatlar tərəfdən İrana münasibətdə sanksiyaların yenidən uzadılması məsələsi kontekstində yeni məna və əhəmiyyət qazanır. İsrailin «The Jewish Press» qəzeti bu xüsusda qeyd edir ki, «Azərbaycan və İsrail strateji ittifaq yaradaraq energetik və hərbi-texniki sahədə əməkdaşlığa vurğu edir, lakin unutmağına dəyməz ki, tərəflər hər iki sahədə çoxdan strateji əməkdaşlıq qurub».
İsrail öz ərazisindən axan Azərbaycan neftinin, təxminən, yarısının əvəzinə Azərbaycana tədarük olunan silah və hərbi texnika müxtəlifliyi və miqdarını artırmağa davam edir. Azərbaycan rəhbərliyi isə təəssürat yaratmağa çalışır ki, guya, bu üsulla Rusiyadan Ermənistana tədarük olunan ən yeni silahlara, xüsusən də «İskəndər»lərə qarşı tarazlıq qurmağa səy göstərir. Lakin birmənalı şəkildə aydındır ki, fələstinlilərə qarşı güclü silah olan «Dəmir günbəz»in köməyi ilə «İskəndər»in gözlənilən zərbəsini önləmək mümkün deyil. Həqiqətdə Azərbaycan-İsrail əməkdaşlığının yeni dayaq nöqtəsinin strateji perspektivləri «İskəndər»lərdən deyil, ABŞ-da prezident seçkilərindən sonra bölgədə qüvvələrin gözlənilən yenidən tərtiblənməsindən asılıdır.
Aydındır ki, İrana münasibətdə sanksiyaların uzadılması təşəbbüsünün arxasında ABŞ-ın hazırda formalaşmaqda olan yeni administrasiyasi durur. Lakin Donald Trampın ABŞ-ın bölgəsəl mövqelərini hansı addımlarla möhkəmləndirəcəyi addımlar hələlik dəqiqləşdiriliməyib.
Yəhudi lobbisinin Hillari Klintonun praktik olaraq həll edilmiş qələbəsini məğlubiyyətə çevirməkdə öz rolunu oynaması ondan xəbər verir ki, İsrail baş nazirinin Azərbaycana qarşıdakı səfəri Bakını Birləşmiş Ştatların təzələnmiş antiiran təbliğatına cəlb etməyi nəzərdə tutur.
Bunu Tehranda da başa düşürlər, buna görə də son həftələr ərzində Tehranın Bakını Azərbaycanın bölgədə İsrail siyasətinin dayaq nöqtəsinə çevrilməsində, Bakının isə öz növbəsində İrana qarşı artıq ənənəyə çevrilmiş erməniyönlü siyasətdə «ittihamlar» irəli sürdüyü qiyabi mübahisəsi başlanb. Belə çıxır ki, İsrail və Ermənistan hər gün kəskinləşən Azərbaycan-İran münasibətlərində özəl «uyuqlar» olub. İran prezidentinin Ermənistana bir neçə dəfə təxirə salınmış səfərinin İsrail baş nazirinin Azərbaycan səfərindən sonra baş tutacağı da bundan xəbər verir.
Bu cür taktiki addım özündə müəyyən sürpriz gizlədir, çünki Bakıda Azərbaycan-İsrail danışıqlarının nə ilə başa çatacağı hələlik məlum deyil. Lakin onun nəticələrindən asılı olmayaraq, Ermənistan-İran münasibətlərində son zamanlar qeydə alınan tərəqqi yeni çalarlar qazanır. İran Ermənistanı Avropaya pəncərəyə çevirməkdə qəti qərar qəbul edib. İrana münasibətdə sanksiyaların müddətinin uzadılacağı halda bu önəm arta bilər. Bu səbəbdən azad ticarət zonasının qurulmasından savayı, İran qazının Gürcüstana maneəsiz tranziti məsələsinə də böyük əhəmiyyət verilir.
Tehranın Qarabağ münaqişəsi məsələsindəki mövqeyi qarşılıqlı iqtisadi layihələrdən daha önəmlidir. Bu zaman söhbət İranın dinc nizamlamaya yönəlmiş danışıqlarda iştirakından deyil, mövcud status-kvonun saxlanmasından gedir. Kimə məxsusluğu və yaxud tabeliyindən asılı olmayaraq xarici qüvvələrin sərhəddə olması İrana sərfəli deyil.
Bu planda İsrailin Azərbaycanda bundan sonrakı fəallığı Qarabağ məsələsində Ermənistan tərəfinin niyyətlərinin uğurla gerçəkləşməsində obyektiv marağı olan İranın mövqeyinin dəqiqləşməsində yeni çıxış nöqtəsi olacaq.
İran və Azərbaycan bu qayda ilə qarşılıqlı ədavət və gərginliyin yenidən güclənməsində növbəti mərhələyə daxil olur. Bu, o səbəbdən vacibdir ki, Türkiyənin Rusiya ilə münasibətləri qaydaya salmaq tendensiyası son zamanlar Azərbaycan siyasəti üçün manevr meydanını genişləndirib və əks ağırlıq zərurəti daim hiss olunur.
ABŞ-ın yeni administrasiyasının da Türkiyə ilə münasibətlər məsələsində yeni sürprizlər hazırladığına görə Ankara çətin seçim qarşısında dura bilər. Türkiyədən də antiiran sanksiyalarına qoşulmağı tələb edəcəklər. O, bir tərəfdən Rusiya ilə fəal şəkildə eşqbazlıq edir, digər tərəfdən isə Suriyada İran qəyyumluğundan yararlanan Bəşər Əsəd administrasiyası ilə mübarizə aparır.
Bu cür şəraitdə Azərbaycan-İran münasibətlərində praktik olaraq bundan sonrakı qaçılmaz gərginləşmə Türkiyəni daha qəliz seçim qarşısında qoyacaq. İsrail və Türkiyənin Azərbaycanda maraqları ənənə üzrə üst-üstə düşüb və yaxud yaxın idi, lakin Türkiyənin mötədil islamçıları indi tayfasal və dini simpatiyaları arasında seçim etməlidir.
Bölgədə formalaşan yeni ziddiyyətlər düyünü 2017-ci ilin əvvəlində ABŞ-ın siyasi prioritetlərinin konkretləşməsinə paralel olaraq yekun görkəm alacaq. Lakin artıq bu gün aydındır ki, İsrailin Azərbaycanda daha çox kök atması və bununla bağlı Azərbaycan-İran münasibətlərinin gərginləşməsi Qarabağ münaqişəsində status-kvonun saxlanması tərəfdarlarının mövqelərini obyektiv şəkildə möhkəmləndirəcək. (Strateq.az)