ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
17:35 | 8 dekabr 2016 | Cümə axşamı
Məqaləyə 972 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Mərkəzi Bankın da hökumətdən tələbləri olmalıdır
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
“Bloomberg” ən son proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Valyuta bazarımızda bu gün də dollar bahalaşdı. Modern.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bunu bankların «dollar artıqlığı» ilə əlaqələndirib:
«Deməli, «valyuta artıqlığı» olan banklar yenidən dollar alaraq tələb yaratdılar. «Valyuta artıqlığı» sadəcə termindir, əslində alqı-satqı inzibati yolla məhdudlaşdırılır.
Maraqlıdır ki, bankların əksəriyyəti vətəndaşlara dollar satmır, onlardan bəziləri hətta dollar da almır, amma hər hərraca gedib dollar alıb manatın kursunu aşağı salıb ofislərinə qayıdırlar.
İnanmaq istərdim ki, banklar dollarları suvenir kimi saxlamırlar. Çünki əslində, suvenir kimi saxlasaydılar, o zaman «qara bazar»da da dollar qıtlığı olardı».
V.Bayramov Mərkəzi Bankın «qara bazar»a dollar çıxarması məsələsinə də münasibət bildirib:
«Mərkəzi Bank deyir ki, banklar «qara bazar»a dollar vermirlər. Belə anlaşılmırmı «qara bazar» artıq dolları birbaşa hərraclardan alır? Çünki dollar emissiya hüququ ABŞ-ın Federal Ehtiyatlar Sistemindədir, «qara bazarımızın» hələlik elə hüququ yoxdur. Onsuz da hərraclar da qapalı keçirilir, orada kimlərin dollar aldığını Mərkəzi Bank ictimaiyyətə açıqlamır.
Maraqlıdır ki, hamı «qara bazar»dan danışır. Amma nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyənləşdirmir ki, həmin bazara pul haradan və necə daxil olur. Və ya müəyyənləşdirsələr də real addımlar atmaq istəmir. Amma nə qədər ki, «qara bazar» fəaliyyətini genişləndirəcək o qədər hərraclarda dollara tələb yüksək olaraq qalacaq və manat dəyər itirəcək».