
Pedaqoji kadrlar hansı yolla seçilir?
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
Uşaq yaradıcılıq müsabiqəsi
Təhsil Nazirliyinin rəsmisi müəllimlərin imtahanındakı texniki problemlərdən danışıb
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
Prezident sərəncam imzaladı
Sənəd qəbulu ilə bağlı ən çox verilən 5 suala cavab
Təhsil işçilərinə üçün binanın tikintisinə start verildi
Mikayıl Cabbarov köhnə komandasını özü ilə apardı
Birinci vitse-prezidentin köməkçisinin Təhsil Nazirliyinin rəhbərliyinə gətirildiyi deyilir
Müəlliməyə intim təklif etdiyi deyilən direktor danışdı
Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu
Hansı sahələr üzrə alimlərin hazırlanmasına ehtiyac var?
Tarix İnstitutu «Böyük Ermənistan» xəritəsi qalmaqalı barədə
Tarix İnstitutundan «Böyük Ermənistan»a görə qəzəbli bəyanat
Qalmaqallı dərsliyin müəllifləri Təhsil Nazirliyinə çağırıldı
Bu il cənub bölgəsində (Lerik, Yardımlı, Astara, Masallı, Lənkəran) baş tutan müəllimlərin diaqnostik imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən 0 (sıfır) qiymət alıb.
Bu barədə təhsil eksperti Kamran Əsədov publika.az-a açıqlamasında deyib.
Ekspert rəqəmləri rayon təhsil şöbələrindən, rəsmi mənbələrdən əldə etdiyini bildirib.
Bu rayonlar üzrə nəticələrin çox aşağı olduğunu deyən ekspert paytaxtda da məlumatların ürəkaçan olmadığını qeyd edib: «2014-cü ildən bu vaxta qədər keçirilən imtahanlarda iştirak edən paytaxt məktəblərində çalışan müəllimlərin 15 faizinin tədris etdiyi fəndən anlayışı olmadığı müəyyən olunub. İmtahanda 60 sualdan 40-ı müəllimin tədris etdiyi fənn, 20-i metodikadandır. Ümumilikdə 6 suala cavab verən (10 faizdən yüksək nəticə göstərən) müəllim diaqnostik qiymətləndirmədən keçmiş hesab edilir. Bakıda müəllimlərdən 15 faizi öz fənnindən 4, metodikada 2 suala düzgün cavab verməyib. 60 faiz isə orta nəticə göstərib. Bu vaxta qədər keçirilən diaqnostik qiymətləndirmədə yalnız 3 müəllim maksimum nəticə göstərib. Görün övladlarımıza kimlər savad, bilik verir».
Ekspertin fikrincə, imtahan suallarının çətinlik dərəcəsinin artırılması vacibdir: «Təklif edirəm ki, qısa müddət ərzində müəllimlərin ciddi şəkildə attestasiyası keçirilsin və bunu neytral bir qurum reallaşdırsın. Sadə suallar yox, normal səviyyədə olan suallar verilsin. Bundan sonra imtahandan keçən müəllimə dövlət qulluqçusu statusu vermək və əmək haqqını ciddi şəkildə qaldırmaq olar».
Sayt ekspertin açıqladığı rəqəmlərlə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlayıb.