Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:16 | 28 dekabr 2016 | Çərşənbə
Məqaləyə 1063 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan onun Qarabağa dair sülh çağırışlarının yer aldığı çıxışına reaksiyalarla bağlı yeni məqalə ilə çıxış edib. Virtualaz.org xəbər verir ki, Ter-Petrosyan iLur.am saytında bu gün dərc edilmiş məqaləsində onun Ermənistan Milli Konqresinin qurultayındakı çıxışına hakimiyyətin və hakimiyyətə yaxın düşərgələrin «isterik, hədələyici və tənqidi reaksiyasının» gözlənilməz olmadığını bildirir.
Ter-Petrosyanın sözlərinə görə, o, qurultayda heç də Qarabağa dair öz mövqeyini və ya partiyasının proqramını təqdim etməyib. Hazırda danışıqlar masası üzərində olan və «prinsipcə Ermənistan hakimiyyəti tərəfindən qəbul edilən» konkret nizamlama proqramı barədə danışıb. «Hansı ki, bu nizamlama proqramının şəxsən mənə və başçılıq etdiyim partiyaya heç bir dəxli yoxdur»-o, əlavə edir.
Xatırladaq ki, Ter-Petrosyan Qarabağ münaqişəsinin mərhələli həlldən başqa həll yolunun olmadığını, münaqişə həll olunmadan Ermənistanın və Dağlıq Qarabağın məhv olacağını bildirib. Onun çıxışının tam mətinini virtualaz.org artıq oxuculara təqdim edib. Keçmiş prezidentin çıxışına hakimiyyət dairələri və hakimiyyətə yaxın siyasətçilər, ekspertlər, habelə digər siyasi dairələr tənqidi reaksiya veriblər.
İndi Ter-Petrosyan bildirir ki, onun çıxışını «təslimçilik» hesab edənlər öz-özlərini ifşa etmiş olurlar. Çünki barəsində söhbət gedən nizamlama variantını Ermənistan hakimiyyəti 2007-ci ildən danışıqlar üçün əsas kimi qəbul edib. Keçmiş prezident bildirir ki, söhbət «Madrid-Kazan-Lavrov planı» kimi tanınan nizamlama variantından gedir. Hansı ki, bu plan 1997-ci ildə onun razılıq verdiyi mərhələli həlldən heç nə ilə fərqlənmir.
Ter-Petrosyan qeyd edir ki, plana əsasən erməni tərəfi birinci mərhələdə Azərbaycana yeddi rayondan beşini qaytarmalıdır. (Kəlbəcər və Laçın istisna olmaqla) Sonra Qarabağa sülhməramlı qüvvələr yerləşdirilir. Üçüncü mərhələdə Dağlıq Qarabağ üçün beynəlxalq səviyyədə tanınmış aralıq status elan olunur. Sonra Dağlıq Qarabağın və Ermənistanın blokadası qaldırılır, kommunikasiyalar açılır. Dağlıq Qarabağın yekun statusu isə daha sonra müəyyən edilməlidir. Ter-Petrosyana görə plana əsasən sonda qalan iki rayon da Laçın dəhlizi çıxılmaqla Azərbaycana qaytarılmalıdır.
«Bu varianta görə tam məsuliyyət Ermənistanın hakim partiyasının, onun müttəfiqi «Daşnaksütun» partiyasının və hakimiyyətə dəstək verən deputatların, fraksiyaların üzərinə düşür»-Ter-Petrosyan bildirir. «Beləliklə, belə çıxır ki, kim kompromisləri və ərazilərin qaytarılmasını təslimçilik və satqınçılıq hesab edirsə bizimlə yox, öz-özləri ilə diskussiyaya girir, bizim mövqeyimizi deyil, öz proqramlarını qınayır. Bu isə acınacaqlı, miskin vəziyyətdən, ən azı gülünc durumdan xəbər verir»-o bildirir.
Ter-Petrosyan bir daha qeyd edir ki, əgər sülh indi əldə olunmasa Dağlıq Qarabağ və Ermənistan daha da zəifləyəcək, gələcəkdə bundan da betər sülh planı irəli sürüləcək. Eks-prezident Qarabağ məsələsinin həllinin açarının Rusiyanın əlində olduğu haqda fikirlərini də müdafiə edib. O bildirib ki, Rusiya münaqişə tərəflərinə güclü təsir imkanlarına malikdir və öz sərhədlərində təhlükəli münaqişənin təkrar alovlanmasına imkan verə bilməz.