ABŞ–Rusiya “sülh” planı layihəsi ...
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
21:32 | 30 dekabr 2016 | Cümə
Məqaləyə 1325 dəfə baxılıb
Şriftin ölçüsü
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Bu gün Rusiya XİN-in mətbuat xidməti Azərbaycan və Ermənistan sərhədində ötən gün baş vermiş döyüşlər barədə bəyanatla çıxış edib. Bəyanatda Rusiya XİN tərəfləri «atəşkəs rejimini qorumaq üçün üzərlərinə götürdükləri öhdəliyə ciddi riayət etməyə və vəziyyətin sabitləşməsi üçün bütün lazımı addımları dərhal atmağa» çağırır.
«Daxil olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində qarşıdurma baş verib. Hər iki tərəfdən hərbi qulluqçular arasında itkilər var. Rusiya yaxınlarını itirənlərin ailəsinə başsağlığı veririk. Ermənistan və Azərbaycanı atəşkəs rejimini qorumaq üçün üzərlərinə götürdükləri məsuliyyətə ciddi riayət etməyə və vəziyyətin sabitləşməsi üçün dərhal bütün lazımı addımları atmağa çağırırıq» - bəyanatda deyilir.
Rusiya XİN habelə sərhəddəki toqquşmalar barədə KTMT hərbi blokunun baş katibi Nikolay Bordyujanın ötən gün verdiyi və «Dağlıq Qarabağ respublikası» ifadəsinin yer aldığı bəyanatına münasibət bildirib. Yaxud münasibət bildirməkdən yayınıb.
«O ki qaldı KTMT baş katibi Nİkolay Bordyujanın bəyanatına, KTMT-yə üzv dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi onların bu ilin oktyabrın 14-də Yerevanda qəbul olunan birgə bəyanatında aydın ifadə olunub», - Rusiya XİN bildirir.
Virtualaz.org qeyd edir ki, KTMT-nin oktyabrın 14-də İrəvanda Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi və indi Rusiya XİN-in açıqlamasında istinadən olunan həmin bəyanatında prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılaşmalara dəstək ifadə olunur. Qarabağ münaqişəsinin müstəsna olaraq dinc yolla nizamlanmasının zəruriliyi haqda danışılır, Minsk Qrupunun münaqişənin beynəlxalq hüquq normaları, Helsinki Yekun Aktının prinsipləri çərçivəsində həllinə yönəlmiş səylərinə dəstək ifadə olunur.
Bəs indi Rusiya XİN Bordyujanın bəyanatında əksini tapan «Dağlıq Qarabağ respublikası» ifadəsinə həmin bəyanata istinadla münasibət bildirərək nə demək istəyir?
KTMT-nin sammitində qəbul edilmiş bəyanata istinad o mənanı verir ki, Nikolay Bordyujanın açıqlaması hərbi blokun yekdil rəsmi mövqeyi deyil. Yəni Bordyujanın dediklərini KTMT-nin «DQR»i tanıması kimi şərh etmək fantaziyadır. Məlum məsələdir ki, istər KTMT-də, istər digər ittifaqlarda rəsmi mövqe bütün üzvlərin konsensusu əsasında qəbul olunur. Bu, KTMT-nin nizamnaməsində də belədir. Bəllidir ki, Nikolay Bordyuja Ermənistana yaxın fiqurdur, onun ayrı-ayrı vaxtlarda Qarabağ münaqişəsinə dair İrəvanın mövqeyi ilə uzlaşdırılmış bəyanatları olub. Lakin indi KTMT-nin rusiyalı baş katibi sərhəddə baş vermiş insidentə görə nəyə görəsə həmin ifadəni işlədib. O zaman Rusiya XİN-i Nikolay Bordyujanın həmin ifadəsinin rəsmi Moskvanın mövqeyini əks etdirmədiyini vurğulaya bilməzdimi?
Əlbəttə, bilərdi və indiki halda Rusiyanın münaqişənin nizamlanmasındakı vasitəçilik rolu da bunu tələb edirdi. Hansı ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və «Dağlıq Qarabağ respublikası» adlı hüquqi subyektin mövcudluğunu qəbul etmir. Deməli, Bordyujanın bəyanatının Ermənistanda hansı istiqamətə yozulduğunu və Azərbaycanda haqlı narahatlıqla qarşılandığını nəzərə alaraq Rusiya XİN öz açıqlamasında KTMT-nin 14 oktyabr bəyanatı ilə yanaşı rəsmi Moskvanın həmin mövqeyinə də istinad etməliydi. Bu zaman Bordyujanın «Dağlıq Qarabağ respublikası» ifadəsinin əslində generalın özünün «yanılması» olmadığı barədə yaranmış şübhələr də aradan qalxa bilərdi. Ancaq Rusiya XİN-də bunu etməyiblər və indi belə görünür ki, rəsmi Bakı Moskvadan bir daha öz mövqeyini konkretləşdirməyi istəməlidir.