Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
10:13 | 5 yanvar 2017 | Cümə axşamı
Məqaləyə 971 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
«Azərbaycan və İsrail arasında münasibətlər nəinki həqiqi və etibarlı müttəfiq olan, hətta ikitərəfli münasibətləri sayəsində inkişaf edən yəhudi dövləti ilə müsəlman ölkəsi arasında dostluğun mümkünlüyünü sübut edir».
Vaxt.az «Trend»ə istinadən xəbər verir ki, bu fikirlər «Beqin-Sadat» Mərkəzinin və Bar-İlan Universitetinin baş elmi işçisi Aleksandr Murisonun ABŞ-ın «The Hill» qəzetində dərc olunan məqaləsində yer alıb.
Bu yolla A.Murison erməni mənşəli Areq Qalstyanın həmin qəzetdə dərc olunmuş «Azərbaycan İsraildən nə istəyir?» məqaləsinə reaksiya verib. A.Murisonun sözlərinə görə, həmin məqalədə nəinki Azərbaycanla İsrailin münasibətlərinə ləkə salınır, həm də antisemit ideyalar səsləndirilir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan, lakin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ barədə məlumatlar təhrif olunur.
A.Murison yazır: «Qalstyan çoxəsrlik antisemit ideyadan - ABŞ yəhudilərinin sədaqətinə olan şübhədən istifadə edir. Onun sözlərinə görə, Azərbaycan ABŞ yəhudilərini öz məqsədləri üçün istifadə etmək niyyətindədir. Əsrlər boyunca istifadə olunmuş bu sədaqət arqumenti yəhudilərin qovulmalarına, etnik təmizlənmələrinə və qətllərinə bəraət qazandırır».
Onun sözlərinə görə, əgər hazırki vəziyyəti öyrənsək, Ermənistan hökumətinin, oliqarxiyasının və hətta sadə əhalinin sistemli antisemitizm səviyyəsi heyrətləndirə bilər.
Məqalədə qeyd olunur ki, Sovet İttifaqının dağılmasına qədər Azərbaycanda 800 000 yəhudi yaşayırdı. SSRİ-nin dağıldığı dövrdə yəhudilər antisemitizm dalğasının başlayacağından ehtiyat edərək ölkəni tərk etdi. Azərbaycan yəhudilərinin əksəriyyəti İsrailə köçdü. Lakin onlar yeni stabil, çiçəklənən və qərbyönümlü dövlətin yarandığını gördükdə ailələri və dostları ilə görüşə bilmək və biznesin qaydaya salınması üçün ölkəyə qayıtmağa başladılar. Bununla da İsrail və Azərbaycan arasında yaxınlaşma başladı.
A.Murison yazır: «Azərbaycana və ABŞ yəhudilərinə gəldikdə isə, onlar arasında Azərbaycanda müsəlmanlar və yəhudilər arasında olduğu kimi yaxınlıq var. Təbiidir ki, azərbaycanlı mühacirlər və diplomatlar ABŞ yəhudiləri ilə sıx əlaqələr qurmağa çalışır. Bu, müasir dünyada uğurun tarixçəsidir».