
İlk təsadüfi ədəd yaradıldı
Kvant hesablamasında yeni mərhələ – təməlqoyma addımı ilk real dünya tətbiqləri üçün yol açır
Kvant hesablamasında yeni mərhələ – təməlqoyma addımı ilk real dünya tətbiqləri üçün yol açır
Sürətli və təhlükəsiz kvant interneti bir addım daha yaxınlaşdıq
“Microsoft”dan kvant kompüterlərində inqilab – cəmi bir neçə il qaldı
Uçuşlar ləğv edildi, xidmətlər dayandırıldı
DST kompüter oyunlarından asılılığı psixi pozğunluğun növü kimi tanıyıb
İki ildə 7700 saat “Fortnite” oynayan uşağın valideyni kompüter oyunları şirkətini məhkəməyə verdi
Uşaqlarınızı bu oyunlardan qoruyun - VİDEO
Kvant kompüterləri dövrünə doğru «daha bir addım atılıb»
Açıq havada vaxt keçirmək uşağınızın gözü üçün niyə faydalıdır?
Əllə yazmaq bacarığı məhv olurmu və ya olacaqmı?
Valideynlərin DİQQƏTinə!!! Yeniyetmələri intihara məcbur edən virtual oyun Azərbaycanda da yayılır
Süni intellekt araşdırmaların böyük qismi neyronların fəaliyyətlərini yamsılamağa yönəlib
Balacaların hüquqlarını müdafiə edən qurumlar onların onlayn olma vaxtını ixtisar etməyə səsləyir
Fayllara virus düşübsə nə etməli...
Virus oğurlanan faylların əvəzində pul tələb edir
Eyni anda bir neçə tapşırığı yerinə yetirmək effektiv olmasa da, başqa cür mümkün deyil
«The Telegraph» yazır ki, valideynlər uşaqların kompüter, smartfon və video oyunları ilə çox məşğul olmasından narahat olmamalıdırlar, çünki ekran qarşısında keçirilən vaxt onların inkişafına kömək edir.
«Oxford» Universitetinin alimləri düşünürlər ki, son onillikdə texnologiyaların yüksəlişi belə bir narahatlıq yaradıb ki, yeni texnologiyalar uşaqların ictimai vərdişlərinə və zehni sağlamlığına ziyan vura bilər.
«Oxford» Universitetinin alimləri 120 min 15 yaşlının kompüterə həsr etdiyi vaxtla onların rifah vəziyyətini müqayisə ediblər və bu nəticəyə gəliblər ki, elektron cihazlarla məşğul olmaq uşaqlara müsbət təsir göstərir.
Əslində bu faydalılıq gün ərzində 4 saat 17 dəqiqə istifadə həddində ən yüksək nöqtəsinə çatıb və bundan sonra tədricən enib.
Smartfonlar üçün bu rəqəm 2 saat və 1 saat 40 dəqiqədir.
Alimlər deyirlər ki, elektron cihazlar uşaqların kommunikasiya və zehni qabiliyyətlərini artırır.
«Oxford» İnternet İnstitutundan Endryu Przibilski (Andrew Przybylski) deyib ki, bundan əvvəlki araşdırmalar həddən artıq bəsitləşdirilmişdi və aydın təsəvvür yaratmırdı.
Alim deyib ki, elektron cihazlar ümumilikdə faydalıdır, lakin bu faydalılığın vaxt limitləri var.
«The Telegraph» yazır ki, bununla belə uşaqların fiziki vəziyyəti bu araşdırmada nəzərə alınmayıb.
2014-cü ildə Çində aparılmış araşdırma göstərmişdi ki, internetdən aşırı istifadə uşaqların beynini tükəndirir və «elektron ekran sindromu» deyilən xəstəliyə yol açır.
«Buckingham» Universitetinin keçmiş prorektoru lord Entani Seldon (Anthony Seldon) deyib ki, «ekran müddəti»çox ciddi narahatlıq predmetidir.
O deyib ki, kompüterlər zehni qabiliyyəti artırsa da, onlardan ifrat istifadənin ciddi ziyanları ola bilər.
Alimin fikrincə uşaqlar üçün real insanlar və onlarla real ünsiyyət daha faydalıdır.
Son araşdırmanın müəllifləri də bu ziyanları etiraf edirlər, lakin deyirlər ki, internet uşaqları real dostlar tapmaqdan və yuxudan məhrum etməməlidir.