İsrail Livanın cənubunu vurdu
1 nəfər mülki vətəndaş həlak oldu
21:11 | 8 fevral 2017 | Çərşənbə
Məqaləyə 957 dəfə baxılıb
Şriftin ölçüsü
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Azərbaycanlı əsilli biznesmen Rusiya kinostudiyasını satın aldı
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
«Mən bütün günün internetdə keçirən biri kimi deyirəm ki, Lapşin rusdilli mühitdə ola bilsin populyar idi, ancaq son hadisəyə qədər mən onu tanımırdım, haqqında eşitməmişdim. Onun məqsədi məşhurlaşmaq olub və buna da nail oldu».
Virtualaz.org xəbər verir ki, bu sözləri «Sputnik Belarus» radiosuna müsahibəsində İsrailin nüfuzlu jurnalisti və siyasi şərhçisi, İTON TV internet telekanalının jurnalisti Aleksandr Qurarye deyib.
İsrail jurnalisti bildirib ki, Lapşinin bloqunu araşdırıb və onun İsrailə, eləcə də Rusiyaya kifayət qədər çirkab atdığının şahidi olub. «Özü də məqsədyönlü şəkildə çirkab atıb, ölkə haqda, orada yaşayan insanlar haqda heç də yaxşı fikirlər işlətməyib. Niyə? Bu sirr olaraq qalır. Bu adam məşhurlaşmaq üçün peşəkarcasına təxribatla məşğul olub», - İsrail jurnalisti bildirib.
Quraryenin sözlərinə görə, İsraildə Lapşinin həbsindən sonra belə fikirlər yaranıb ki, ona kömək etmək lazımdır. Ancaq daha ayıq adamlar sual verir: nəyə görə? «Lapşin əlindən gələni edib ki, onu həbs etsinlər. O, Azərbaycanı təxribata çəkib, sərhədi qanunsuz keçib və bunu car çəkərək lovğalanıb, yazıb ki, baxın, bunlar necə idiotdur, mən necə asanlıqla onları aldadıram. Azərbaycanın isə təbii ki, bu, xoşuna gəlməyib. Həbs ediləndə ona təklif ediblər ki, üzr istəsin, ancaq bundan imtina edib. Sonra vəkillərinin tövsiyəsi ilə buna razılaşıb, ancaq gec olub».
Jurnalistin bildirdiyinə görə, İsraildə hesab etmirlər ki, Lapşinə görə «aləmi dağıtmaq» lazımdır. «Birincisi, onu hansısa ağır cəza, 15 il həbs-filan gözləmir. İkincisi biz bu adama görə Azərbaycanla münasibətlərimizdə münaqişə yaratmalı deyilik, mən belə hesab edirəm»? - Qurarye bildirib.