İsrail Livanın cənubunu vurdu
1 nəfər mülki vətəndaş həlak oldu
11:23 | 9 fevral 2017 | Cümə axşamı
Məqaləyə 1777 dəfə baxılıb
Şriftin ölçüsü
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
Dövlət başçısı bu barədə sərəncam imzaladı
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Azərbaycanlı əsilli biznesmen Rusiya kinostudiyasını satın aldı
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Azatutyun saytında dərc olunmuş xəbərdə deyilir ki, fevralın 8-də Belarusun Ermənistandakı səfirliyi qarşısında Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına qarşı etiraz aksiyası keçirilib. Aksiyanı müxalif «Yolk» (Çıxış) seçki bloku təşkil etmişdi.
«Vətəndaş müqaviləsi» partiyasının lideri Nikol Paşinyan baş vermiş hadisəni «gizli addımların aşkar nəticəsi» adlandırıb. «Üzərində «Azərbaycan» yazılmış təyyarədən Lapşini maskalı və silahlı xüsusi təyinatlılar çıxarırlar. Hətta qatilləri də belə gətirmirlər. Bu, Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyana mesaj, onun üzünə şillə deməkdir. Bu şəxsən Serj Sərkisyanın üzünə şillədir. Bu şillələrin birini Əliyev, o birini Lukaşenko çəkib. Biz istəmirik ki, bu, həm də erməni xalqına şillə sayılsın. Biz deyirik: Belarus Respublikasının səfiri Ermənistan Respublikasının ərazisini tərk etməlidir. Ermənistan Respublikasının Minskdəki səfiri Yerevana qayıtmalıdır» – deyə Paşinyan bildirib.
«Vətəndaş müqaviləsi» müxalifət partiyasının lideri deyib ki, Ermənistanın bütün vətəndaşları, deputatlar və rəsmilər Belarus səfirini boykot etməli, məsələn onunla qəbullarda nümayişkəranə şəkildə salamlaşmamalı və ya ondan açıq şəkildə ölkəni tərk etməsi tələb olunmalıdır.
Paşinyan deyib ki, hətta boykotu da «sivilizasiyalı» etmək lazımdır.
Rusiya öz vətəndaşını müdafiə etmirsə…
Bu aksiyada iştirak edən Respublika partiyasının lideri Aram Sərkisyan deyib ki, o baş verənlərdən iki nəticə çıxarıb: «Birinci nəticə Belarusa aiddir. Elə təkcə o fakt ki, Belarus öz səfirliyini burda, Qaqik Sarukyanın «bostanının» ayağında açıb, artıq Minskin bizim ölkəmizə münasibətini göstərir. Mənim gəldiyim ikinci nəticə Rusiyaya aiddir. Bütün hallarda Lapşin Rusiyanın vətəndaşıdır. Əgər Rusiya öz vətəndaşının hüquqlarını müdafiə edə bilmirsə, sərhədlərimizi… Ermənistanın və bizim maraqlarımızınecə qoruyacaq? Bu çox ciddi nəticələrdir. Bu nəticələrlə bağlı, hazırkı hakimiyyət, bizim XİN qərarlar qəbul etməlidir».
Öz növbəsində Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryan Aleksandr Lapşinin Azərbaycana verilməsini özünün və səfirliyinin təqsiri saymadığını deyib.
Azatutyun radiosu ilə müsahibəsində səfir onu ittiham edənlərə cavab olaraq deyib ki, səfirlik bu halda məsələni Belarus hökumətinin qarşısında qaldırmaqdan başqa heç nə edə bilməzdi.
Rusiya və İsrailin sözü yerə salınıb
Səfir deyib ki, hətta Rusiya və İsrailin xarici işlər nazirləri bütün səylərinə baxmayaraq bloqqerin Azərbaycana ekstradisiyasının qarşısını ala bilməyiblər.
«Belə bir vəziyyətdə səfir nə edə bilərdi?» – deyə Xaçatryan vurğulayıb.
Bununla belə Xaçatryan səfirin Minskdən geri çağrılmasını və bu kimi demarş addımların atılmasını məqsədəuyğun saymır.