
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Bu millətdə normal insan olmayacaq?
Humanitar yardım adıyla silah daşınır
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
Fransa isə qoşun yeritmək fikrində
Ən azı bitmək üzrədir...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
Azərbaycan Xankəndi yolunu bağlayır ...
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
Azərbaycan Rusiyanın oyununu pozur
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
Erməni baş nazir müharibə istəyir?
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
«Ermənilərin cəbhədə vəziyyəti gərginləşdirməsi və hücuma keçməsində məqsəd ötən ilin aprelinə itirdiklərinin qisasını almaqdır. Bizdə olan məlumatlara görə, hazırda cəbhədə artilleriya döyüşü gedir. Amma ermənilər yerinə otuzdurulub, onlara lazımi cavab zərbəsi endirilib».
VAXT.AZ xəbər verir ki, bu barədə Milli.Az-a cəbhədə son günlər, xüsusən də dünən və bu gün baş verən insidentləri şərh edən hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov bildirib.
Ermənilərin niyə məhz Xocavənd-Füzuli istiqamətində hücuma keçməsinə gəlincə, hərbi ekspert bildirib ki, məqsəd oradakı böyük əraziyə nəzarət etməyə imkan verən strateji yüksəklikləri ələ keçirməkdir: «Ermənilərin ardıcıl təxribatlar törətməsində məqsədləri odur ki, Lələ təpənin, Talışın qisasını alsınlar. Onlar Talış kəndi, eyni zamanda da Lələ təpə istiqamətində bir neçə dəfə hücum edərək Azərbaycan Ordusunun azad etdiyi torpaqları geri almağa cəhdlər ediblər. Amma alınmayıb. Ona görə də indi istiqaməti dəyişiblər. Onların əsas hədəfi böyük strateji əhəmiyyət daşıyan Nərgiz təpədir. Əgər ermənilər onu ələ keçirsələr, Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsə, əraziyə nəzarət edə bilərlər».
Amma polkovnikin fikrincə, döyüşlər uzun müddət davam etməyəcək: «Məncə, hegemon dövlət bunun uzun müddətli olmasına imkan verməyəcək. Əslində, bütün bu məsələlərin arxasında Rusiya durur. Elə ona görə də, ilk növbədə, Rusiya döyüşləri uzun müddət davam etməyə qoymayacaq».
Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.
Azərbaycan Müdafiə Nazirliyindən VAXT.AZ-a verilən məlumata görə, cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib: «Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.
Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir».