Azərbaycan Vatikanla əlaqələri möhkəmləndirir
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
19:54 | 7 mart 2017 | Çərşənbə axşamı
Məqaləyə 1768 dəfə baxılıb
Şriftin ölçüsü
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
Günahkar iqlim dəyişikliyidir?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
“Deportasiya qoxusunu sevirəm”
Bu gün qadınların öz hüquqları üçün mübarizə apardığı müsəlman dünyasında Azərbaycan Mehriban Əliyevanı Birinci vitse-prezident təyin olunması ilə irəliyə tarixi addım atmış oldu.
«Trend»ə istinadən xəbər verir ki, bunu ABŞ-ın «Caspian Group Holdings» şirkətinin baş direktoru Rob Sobhani «The Washington Times» qəzetində dərc olunan məqaləsində yazıb.
Müəllif bu təyinatın ABŞ üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib: «Niyə Vaşinqton bu təyinatı alqışlamalı və Mehriban Əliyevanı dəstəkləməlidir? Əgər biz islam ekstremizmi probleminin həll olunmasını istəyiriksə, müsbət alternativlər tapmalı və dəstəkləməliyik. Xanım Əliyevanın uğuru bütün müsəlman dünyası üçün nümunə ola bilər».
Məqalədə qeyd olunur ki, o, öz millətinin bütün dəyərlərini - tarix boyu amerikalıların da dəstəklədiyi dəyərləri təcəssüm etdirir. İlk növbədə, Mehriban Əliyeva dini dözümlülüyün fundamental dəyərlərini təmsil edir.
R.Sobhani yazır: «Xristian, yəhudi, müsəlman və digər dini cərəyanlar Azərbaycanda yan-yana dinc şəraitdə yaşayır. Məsələn, yəhudi icması Bakıda yeni sinaqoq tikmək qərarı verdikdə, Mehriban Əliyeva buna tam dəstək göstərdi».
Mehriban xanımın şəxsiyyətinin ikinci cəhəti xalqın digər dəyərini əks etdirir: «Bu, ehtiyacı olanlara diqqətlə yanaşmaqdır. Heydər Əliyev Fondunun təsisçisi və rəhbəri olmaqla Mehriban Əliyeva bütün dünyada çoxlu xeyriyyə layihələri həyata keçirir. Məsələn, Pakistanda 2008-ci il zəlzələsindən sonra o, Heydər Əliyev Fondunun resurslarını ölkənin ən ucqar bölgələrində məktəblərin bərpasına yönəltdi».
Müəllif qeyd edir ki, bu səbəbdən xanım Əliyevanın ehtiyacı olanlara göstərdiyi yorulmaz xidmətlərə görə Fransanın ali medalı ilə təltif olunması təəccüb doğurmamalıdır.
R.Sobhaninin fikrincə, Mehriban Əliyevanı gözəl lider edən üçüncü amil təbiətə sevgidir. Onun üçün və bütün xalq üçün birinci dərəcəli məsələ ətraf mühitin qorunmasıdır.
Müəllif məqalənin sonunda Yaxın Şərq regionunda qadın hüquqları məsələsinə toxunub: «Qadın hüquqlarının sıxılması Yaxın Şərqin bir çox hissələrində davam edir. Nəhayət, Amerikanın bölgədəki ən güclü müttəfiqi bu problemin həlli üçün cəsarətli addım atdı. ABŞ Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını alqışlamalı və bütünlüklə dəstəkləməlidir».