Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
11:03 | 12 aprel 2017 | Çərşənbə
Məqaləyə 1270 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məhkəməyə müraciət etməsi Azərbaycanın siyasi və ekspert dairələrində ən çox müzakirə olunan məsələdir. Doğrudur, aprelin 11-də keçirilməli olan məhkəmə təxirə salındı. Ancaq problem aktuallığını qoruyur. Nədən Moskva qəfildən Azərbaycanın dünyadakı ən böyük diaspor təşkilatının qeydiyyatını ləğv etmək istəyir? Axı bu cür addım Bakı-Moskva münasibətlərini soyuda bilər.
Məsələ burasındadır ki, Ümumrusiya Azərbaycanlıları Konqresi rəsmi Bakının önəm verdiyi lobbi təşkilatlarındandır. Bu təşkilat 2001-ci ildə Moskvada Azərbaycan və Rusiya prezidentlərinin birgə iştirakı ilə təsis olunub. Təşkilatda Rusiyada yaşayan məşhur azərbaycanlılar yer alıblar. İçərilərində biznesmenlərdən tutmuş xalq rəssamlarına qədər şəxslər var.
Moskvanın Ümumrusiya Azərbaycanlıları Konqresinə qarşı hazırki siyasətinin arxasında bir neçə faktor dayana bilər.
Birincisi, Ümumrusiya Azərbaycanlıları Təşkilatının qeydiyyatını ləğvini gündəmə gətirilməsi Moskvanın rusiyalı bloqqer Aleksandr Lapşinin Belarusda həbs olunaraq Azərbaycana ekstradisiya olunmasına cavab addımı ola bilər. Lapşin qeyri-qanuni Dağlıq Qarabağa səfər etdikdən sonra başqa pasportla qeyri-qanuni olaraq Azərbaycana da daxil olmuşdu. Halbuki, Dağlıq Qarabağa səfər etdiyinə görə onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına salınmışdı.
İkincisi, Ümumrusiya Azərbaycanlıları Təşkilatının qeydiyyatını ləğvini gündəmə gətirilməsi Azərbaycanın reallaşdırdığı enerji layihələri ilə əlaqəli ola bilər. Moskva TAP və TANAP layihələrinə açıq etiraz etməsə də, Kreml Azərbaycan qazının Rusiya qazından əvvəl cənub marşrutu ilə Avropaya çatdırılmasından narahatdır. Bəzi siyasi ekspertlər İtaliyada TAP boru xəttinin inşaatının ləngiməsini Rusiyanın təsir imkanları ilə əlaqələndirirlər. Avropa bu boru xətti ilə gələcəkdə yalnız Azərbaycan qazını deyil, digər ölkələrin də qazını əldə etmək istəyir. Moskvanı bu faktor da ciddi narahat edir. Təsadüfi deyil ki, prezident İlham Əliyevin sədrliyi ilə aprelin 11-də keçirilən hökumətin iclasında dövlət başçısı belə bir ifadə işlətdi: «Cənub Qaz Dəhlizinin icrası artıq reallıqdır. Düzdür, bizə əngəl törətmək istəyənlər də var. Bu da təbiidir. Biz bunu hələ 10 il bundan əvvəl görmüşük». İlham Əliyev 10 il əvvəl deyərkən Bakı-Tiflis-Ceyhan boru xəttini nəzərdə tutur. Bu boru xəttinə qarşı çıxan əsas qüvvələr Moskvada idi.
Üçüncüsü, Ümumrusiya Azərbaycanlıları Təşkilatının qeydiyyatını ləğvini gündəmə gətirilməsini Azərbaycanda gələcək prezident seçkisi ilə əlaqələndirənlər də var. Azərbaycanda növbəti prezident seçkisi 2018-ci ildə keçiriləcək. 2013-cü ilin prezident seçkisinə yaxın Moskvada azərbaycanlılardan formalaşan “milyarderlər ittifaqı” ortaya çıxdı. O zaman rəsmi Bakı bu ittifaqdan narazı qaldı. Belə bir ehtimal var idi ki, «milyarderlər ittifaqı» seçkidə müxalifət namizədini dəstəkləyəcək. Ancaq prezident seçkisinə bir ay qalmış Rusiya prezidenti Vladimir Putin Bakıya gəldi və İlham Əliyevə dəstəyini göstərdi. Buna baxmayaraq, Moskva əvvəlki ssenarisinə qayıda bilər. Yəni növbəti prezident seçkisi ərəfəsində Kreml Bakıya təzyiqi artıra bilər. Məqsəd Azərbaycan hakimiyyətindən istədiyini əldə etməkdir.
Bu arada, Rusiyadan Azərbaycana səfərlərin sayı da artıb. İlham Əliyev aprelin 10-da Bakıdakı iqamətgahında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul etdi. Görüşdə iki ölkə arasındakı münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik, humanitar tərəfləri müzakirə olundu. Bu görüşdə Nikolay Patruşev maraqlı fikir söylədi. O dedi ki, əlaqələrimizin inkişafında təhlükəsizlik məsələlərinin rolu böyükdür: «Təhlükəsizlik təmin olunarsa iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz».
Patruşevdən bir gün əvvəl isə İlham Əliyev Rusiyanın məşhur televiziya jurnalisti və Rusiyanın dövlət televiziya kanalında əsas «talk show» aparıcısı Vladimir Solovyovu qəbul etdi. Solovyov ilk dəfədir Bakıda gəlib. O Azərbaycan və Türkiyəni sevmir, proqramlarında qatı anti-türkçü kimi çıxış edir və Ermənistanın, o cümlədən Dağlıq Qarabağ separatçılarının mövqeyini dəstəkləyir. Bu mənada Solovyovun Bakıya gəlişi xeyli suallar yaratdı. Həm də Solovyov qeyri-qanuni olaraq Dağlıq Qarabağda olub. Belə şəxslər isə Azərbaycan XİN-nin qara siyahısına salınır və üzr istənilmədən Azərbaycan ərazisinə buraxılmır. Vladimir Solovyov isə Bakıdan Moskvaya qayıtdıqdan sonra Dağlıq Qarabağa səfərlərinə görə heç kimdən üzr istəmədiyini dedi.
Görünür, rəsmi Bakı Vladimir Solovyovu Bakıya dəvət edib prezidentlə görüşdürməklə onun Azərbaycan əleyhinə çıxışlarını neytrallaşdırmaq istəyir. Yəni Bakıya gəlib Azərbaycan prezidenti ilə görüşən şəxs bundan sonra Azərbaycan əleyhinə danışmamalı, Dağlıq Qarabağ mövzusunda balanslı mövqe nümayiş etdirməlidir. Bunun məhz belə olacağını Solovyovun «talk show» proqramlarındakı gələcək verilişlərindəki çıxışları göstərəcək. Məsələn Rusiyanın əsas millətçi siyasətçisi Vladimir Jirinovski də ötən il Bakıya dəvət olunmuşdu. O, Bakıda prezident İlham Əliyevlə görüşdükdən sonra Azərbaycan əleyhinə danışmır.