
Tramp xəta adlandırdı
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
Keçmiş mer: “Ən böyük səhvimiz diplomatiyanı yalnız amerikalılara buraxmaqdır”
Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın mayın 3-də keçiriləcək danışıqlarında əsas müzakirə mövzusu ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlər, o cümlədən Suriyadakı böhran olacaq. Rusiya prezidentinin mətbuat xidmətinin yaydığı xəbərə görə, danışıqlarda Rusiya-Türkiyə münasibətlərinə kompleks yanaşma müzakirəyə çıxarılacaq. «O cümlədən martın 10-da Moskvada Yüksək Səviyyəli Türkiyə-Rusiya Əməkdaşlıq Şurasının altı iclasında əldə olunan razılaşmalar diqqət mərkəzində olacaq», - deyə məlumatda vurğulanıb. Bundan əlavə, terrorizmə qarşı birgə mübarizə əsas müzakirə mövzusu olacaq. Qeyd edək ki, səfər ərəfəsində Türkiyənin müdafiə naziri Fikri İşık bildirib ki, prezidentlərin görüşündə Rusiya istehsalı olan C-400 zenit-raket kompleksinin alınması da müzakirə oluna bilər. Rusiya prezidentinin mətbuatı katibi Dmitri Peskov da bunu istisna etməyib. Məlumata görə, bu ilin martında «Rostex» dövlət korporasiyasının rəhbəri Sergey Çemezov bildirib ki, Türkiyə Rusiyadan kredit yolu ilə silah alınması təklifi ilə çıxış edib. Bundan əlavə, tərəflər 1 mlrd. dollar həcmində investisiya fondunun yaradılması təklifini də təsdiq edəcəklər.
Politoloqlar qeyd edir ki, Soçi görüşündə Suriyadan başqa, Ərdoğanla Putinin müzakirə edəcəyi daha iki mövzu var. Bu, Türkiyənin kənd təsərrüfatı məhsullarının Rusiya bazarına maneəsiz girişinə icazə verilməsi və Türkiyənin Rusiya taxılından imtina etməsidir. Beləliklə, Ərdoğan-Putin görüşündə həm Suriya mövzusunda, həm də ikitərəfli münasibətlərdə müsbət nəticələr əldə etmək mümkündür.
Yeri gəlmişkən, «Qazprom» prezidentlərin görüşü ərəfəsində elan edib ki, «Türk axını» qaz kəməri layihəsinin ilk hissəsinin inşasına 2017-ci ilin yayında başlanılacaq. Türk ekspertlərinin qənaətinə görə, bu, Türkiyə iqtisadiyyatı və bütövlükdə Rusiya-Türkiyə münasibətləri üçün pozitiv addımdır. Bundan əlavə, layihənin faktiki olaraq reallaşması Türkiyənin qaza ehtiyac duyan Avropa qarşısında mövqeyini gücləndirə bilər. Ekspertlər dəyəri 7 mlrd. avro qiymətləndirilən layihənin il ərzində 31,5 mlrd. kub metr qaz çatdırmaq imkanında olduğunu bildirirlər. İqtisadçı Arda Tunca qeyd edir ki, bu xəbər iki ölkənin enerji əməkdaşlığı sahəsində canlanma yaradacaq. Onun sözlərinə görə, prezidentlərin mayın 3-də keçiriləcək görüşündə də «Türk axını» əsas məsələlərdən biri olacaq. İqtisadçı ekspert Əbdülrəhman Yıldırım isə hesab edir ki, layihə Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşmasında əhəmiyyətli rol oynayacaq. Bu ticarət münasibətləri ilə yanaşı, siyasi və hərbi münasibətlərə pozitiv təsir göstərmiş olacaq. O, əlavə edib ki, layihə Türkiyəni enerji körpüsünə çevirəcək və türk iqtisadiyyatına xeyli gəlir gətirmiş olacaq. Layihə Türkiyəyə strateji mövqe tutmağa imkan verəcək və iki ölkəni bir-biri ilə daha da yaxınlaşdıracaq.
O ki qaldı Suriya məsələsinə, mətbuat yazır ki, Türkiyə prezidenti Soçi səfəri ərəfəsində rusiyalı həmkarı ilə keçiriləcək görüşün bəzi təfərrüatlarını açıqlayıb. Qeyd edək ki, Ərdoğan «Reuters» agentliyinə müsahibəsində Putinin onunla görüşdə Əsədlə bağlı verdiyi açıqlamaları səsləndirib: «Putin mənə dedi ki, Ərdoğan, məni səhv anlama. Mən Əsədi müdafiə etmirəm, onun vəkili də deyiləm».
Türkiyə prezidenti bundan əlavə, Moskvanın Əsədlə bağlı məsələdə güzəştə gedə biləcəyini deyib. Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə məsələ ilə bağlı Moskvanın rəsmi mövqeyini səsləndirib. «Putin Əsədin vəkili deyil, o, beynəlxalq hüququn vəkilidir» – deyə Peskov deyib. Bəziləri hesab edir ki, Əsədin taleyi Rusiya-Türkiyə danışıqlarında problemli məsələyə çevriləcək. Siyasi şərhçilər hesab edirlər ki, Rusiya lideri Türkiyə ilə əməkdaşlıqdan məmnun olsa da, mayın 3-də keçiriləcək görüşdə özü üçün bir sıra məsələləri aydınlaşdırmaq istəyir. Politoloqlar qeyd edir ki, Rusiya Hələbin azad olunmasında Türkiyə ilə əməkdaşlıq etdi, bundan sonra Rusiya, Türkiyə və İran təmsilçiləri Astanada görüşdülər və Suriyada atəşkəsə nail oldular. Növbəti mərhələdə Rakka şəhərinin İŞİD-dən azad olunması planlaşdırılır. Pentaqon Rakkanın azad olunmasında iştirak etmək istəsə də, hələ ki, gözləmə mövqeyindədir. Rusiyanın da Rakkaya iddiaları var. Rakkanın azad olunması isə çətin olacaq. Putin də Rakka şəhərinin azad olunması uğrunda döyüşlərdə Türkiyə ordusunun dəstəyinə ehtiyac duyur. Türkiyə Rakka şəhərinin azad olunması əməliyyatında Rusiya ilə əməkdaşlığı davam etdirə bilər, ancaq bunun reallaşması üçün Ankaranın şərti var: Rusiya Suriyadakı silahlı kürdləri dəstəkləməməlidir! Ərdoğan bu məsələni Soçidəki görüşdə Putinin qarşısında qaldıracaq.
Bir faktı da qeyd edək ki, Soçi görüşündən bir neçə gün sonra Türkiyə prezidenti Birləşmiş Ştatlara səfər edəcək. Bu səbəbdən də Soçidə keçiriləcək görüş və onun nəticələri mühüm əhəmiyyət kəsb edir.