
“Tehran artıq buna görə ağır bədəl ödəyib”
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
"Hər il 560 mindən çox insan sanksiyalar səbəbindən həyatını itirir"
Qrossi yoxlamalarla bağlı aparılan görüşlərdə İrana xəbərdarlıq etdi
Proses hara gedir, Azərbaycan nə istəyir?
Seçim Moskvanındır!
İranın Azərbaycana qarşı siyasəti
Qəzetimizin dünənki sayında İranda məkrli anti-Azərbaycan çevrələrinin hazırladığı plan barədə məlumat vermişik. Söhbət təkcə Güney Azərbaycana qarşı deyil, həm də müstəqil Azərbaycan Respublikasına və qardaş Türkiyəyə qarşı hazırlanan bəd niyyətli ssenaridən gedir. Əsas hədəf də Güney amilini zəiflədib sıradan və gündəmdən çıxarmaq, habelə iki qardaş ölkədə etnik qarşıdurma hesabına daxili çaxnaşmalar yaratmaqdır.
Əslində İrandan ölkəmizə, Türkiyə əleyhinə, türk toplumu əleyhinə belə planların hazırlanması təəccüblü deyil. İş ondadır ki, cənub qonşumuz, daha dəqiqi, İran fars rejimi nə Türkiyəyə, nə də Azərbaycana qarşı heç vaxt səmimi qonşuluq və dostluq münasibətlərində olmayıb. Çünki daima Türk faktorunu, Türkiyəni, 26 ildir isə həm də müstəqil Azərbaycan dövlətinin varlığını özünə təhlükə hesab edib və edir. Ən azından, Türkiyəni və Azərbaycanı rəqib qismində görür - bunu rəsmən bəyan eləməsə də.
Dağlıq Qarabağ və Suriya məsələsində bu ziddiyyətlər, Türkiyə və Azərbaycana qarşı qeyri-səmimi münasibət bütün çılpaqlığı ilə ortadadır. Rəsmi Tehran Suriyada yüz minlərlə dinc sakinin, uşağın qətlinə baiskar olan diktator Bəşər Əsədin yanındadırsa, ona hər cür dəstək verirsə və tək səbəb də Bəşər Əsədin ələvi olmasıdırsa, Türkiyə və beynəlxalq birlik tam əksinə, insanlıq naminə bu zalımın tezliklə hakimiyyətdən uzaqlaşdırılmasına çalışır.
Qarabağ münaqişəsi yaranandan bəri isə İran işğalçı Ermənistanın yanında qərar tutub, müsəlman Azərbaycan dövlətinin 20 faiz ərazisini işğal eləmiş, bir milyondan çox müsəlman-şiəni öz dədə-baba yurdundan didərgin salmış Ermənistanın ayaqda qalması üçün hər şeyi edir. Bununla da faktiki surətdə işğal rejiminin uzanmasına yardımçı olur.
***
Əlbəttə ki, mövcud ziddiyyətlərdə din (məzhəb) amili də mühüm rol oynayır. Belə ki, İran illərdir hər vəchlə bu faktordan istifadə edib Azərbaycan toplumuna təsir rıçaqlarını saxlamağa və gücləndirməyə, Azərbaycan cəmiyyətinə Türkiyənin təsirlərini zəiflətməyə səy edir. Bundan ötrü böyük paralar xərcləməyi məqbul sayır.
Amma bunlar yenə kifayət eləmir. Ona görə ki, əlahəzrət reallıqlar başqa şeyi deyir və İran fars rejiminin təbliğat maşınına qarşı işləyir. Biri elə İranın işğalçı Ermənistana hər cür kömək eləməsi, onu ayaqda saxlaması. Prezident Həsən Ruhaninin ötən ilin dekabrında Ermənistana səfəri də məhz elə bunun anonsu idi ki, cənub qonşumuz - müsəlman-şiə İranı heç vaxt işğalçını darda qoymayacaq. Bunu nəinki Azərbaycandakı və Türkiyədəki müsəlmanlar, bütün müsəlmanlar dördü.
İndi zülmə-zillətə, işğalçıya, zalıma dəstək hara, İslam dəyərləri və insanlıq hara? Məgər islam əxlaq dini deyil? Əxlaq dinidir... Halbuki, qardaş və müsəlman Türkiyə, Pakistan, Özbəkistan, hətta Səudiyyə Ərəbistanı kimi ölkələr Ermənistanla bu günədək heç diplomatik əlaqələr belə qurmayıb, onu dövlət kimi tanımır.
Azərbaycan insanı, Azərbaycan vətəndaşı, azərbaycanlı qaçqın-köçkün şəksiz ki, əlahəzrət faktı görür, fakta inanır, nəinki Tehran rəsmilərinin gəlişigözəl sözlərinə. Azərbaycan insanı ona da şübhə etmir ki, əgər qonşu İran da işğalçı Ermənistana münasibətdə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı kimi sərt, ədalətli mövqe tutsaydı, Dağlıq Qarabağ ixtilafı çoxdan ədalətli həllini tapmışdı.
***
Belədirsə, məntiq diktə edir ki, İran əgər Azərbaycan dövlətində, Güneyli-Quzeyli Azərbaycan toplumunda hörmət-izzət, etimad yiyəsi olmaq istəyirsə, o zaman təcili şəkildə öz ənənəvi siyasətinə, Ermənistan siyasətinə düzəlişlər etməlidir. Etməyəcəksə, Azərbaycan ictimai fikrində və şüurunda İran amili tənəzzülə uğramaqda davam edəcək.
Bu da isti fakt. Söhbət Azərbaycana təsirlər məsələsində cənub qonşumuzun getdikcə zəifləyən mövqeyindən gedir. Bu xüsusda politoloq, «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun son qeydləri diqqət çəkir.
«Səudiyyə Ərəbistanı ilə İran islam aləminin iki əsas rəqib dövlətidir (Həm də Suriya məsələsində - red.). Hər iki dövlət Azərbaycanla sıx əlaqələr qurmağa çalışır. Səudiyyə Ərəbistanı Azərbaycanla münasibətlərdə getdikcə daha üstün mövqeyə çıxır. Birincisi, bu ölkə Ərəbistanı İrandan fərqli olaraq həm sözdə, həm də əməldə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, işğalçı Ermənistanla diplomatik münasibətləri yoxdur. Az qala, Bakıya hər ay Səudiyyə Ərəbistanının hansısa naziri gələrək Azərbaycan prezidenti ilə geniş fikir mübadiləsi aparır. Azərbaycana gələn turistlərin sayında da ərəb ölkələri liderliyi ələ keçiriblər, Bakının mərkəzində ərəb dili ənənəvi rus dilini sıxışdırır».
***
Şübhə yox ki, bu tendensiya Tehranda da ciddi şəkildə izlənir. Fəqət, belə duruma görə nə Azərbaycan, nə də Səudiyyə Ərəbistanı günahkardır. Günahı İran ən əvvəl özündə axtarmalıdır. Çünki möhkəm və etibarlı dostluq-qonşuluq münasibətlərinin qurulması üçün təkcə ortaq dəyərlər kifayət deyil, ortaq maraqlar da zəruridir.
İran isə həm müştərək dəyərlər, həm də müştərək maraqlar baxımından Azərbaycana doğma ola bilmir. Ona görə ki, eyni vaxtda işğalçı Ermənistanın və Azərbaycanın dostu olmaq mümkün deyil. Keşkə, bu sadə həqiqəti İranın siyasi və dini rəhbərliyi nəhayət ki, ciddiyə alaydı - əgər gerçəkdən də Azərbaycana, Azərbaycan toplumuna dost olmaq istəyirsə...