vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
DİGƏR NÖVLƏR  
11:12 | 28 iyun 2017 | Çərşənbə Məqaləyə 876 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ötən ildən 100 faiz çoxdur

Formula 1 üzrə Qran Prini nə qədər tamaşaçı izləyib?

MÖVZU İLƏ ƏLAQƏLİ

«Formula 1 üzrə Azərbaycan Qran Prisində bu il tamaşaçıların sayı ötənilki ilə müqayisədə 100 faiz artıq olub.

Bu barədə gənclər və idman naziri Azad Rəhimov AzTV-də yayımlanan «Günün nəbzi» verilişinə müsahibəsində bildirib. O deyib ki, təxmini hesablamalara əsasən, Qran Prini 70 minədək tamaşaçı tribunalarda və ayaq üstə seyr edib. Nazirin fikrincə, bu, çox yüksək rəqəmdir: «Biz buna çox sevinirik. Faiz nisbətinə baxanda, tamaşaçıların 33 faizi xarici qonaqlar, 67 faizi isə yerli tamaşaçılar olub. 33 faiz böyük rəqəmdir. Onlar 65 ölkənin turist və tamaşaçı qismində iştirak edən nümayəndələri olublar. Bütün şəhər yeni simalarla, qonaqlarla dolu idi. Biz onları hər yerdə - çox maraqlı və çox gözəl məkanlarımızda, Heydər Əliyev Mərkəzində görürdük. Əsas məqsədimiz Azərbaycanı dünyaya tanıtdırmaq və ölkəyə turistləri dəvət etməkdən ibarət idi. Demək olar ki, əsas məqsədə çatırıq».

Nazir Azərbaycan Qran Prisinin əhəmiyyətindən də danışıb: «Məndə olan məlumata görə, otellərdə bir dənə də boş yer yox idi. Tam dolmuşdular. Turistlərdən savayı, bütün əməliyyat işlərində 15 minədək mütəxəssis iştirak edib. Onlardan 1000 nəfərədək yerli ofisin işçiləri, 4000-ə qədəri könüllülərimiz, qalanları marşallar, tikinti işlərini aparanlar və digər şəxslər olub. Onların böyük qismi xaricilər olublar. Gəliblər, Bakıda işləyiblər, maaş alıblar və onun vergisini ödəyiblər. Turistlərin kütləvi axını isə iqtisadiyyatımız üçün böyük uğurdur. AZAL şirkəti vasitəsilə biletlərin alınması, Bakıya gəlmələri, təyyarələrin dolu olması, bütün nəqliyyat sistemimizin çalışması, xidmətlərin göstərilməsi, otellər... Bunlar vergi ödəyiblər, işsizliyi aradan qaldırmaqda kömək ediblər. Yəni, Azərbaycan Qran Prisi bizim üçün çox əhəmiyyətli tədbirdir».

A.Rəhimov, həmçinin, yarışı işıqlandırmaq üçün Bakıya 400-dən artıq jurnalist gəldiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda keçirilib. Yarışın qalibi «Red Bull»un avstraliyalı pilotu Daniel Rikkardo olub.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *