vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
22:45 | 27 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nəticə verməyən səfərlər və danışıqlar

Əslində nə «Lavrov planı», nə də «Putin planı» mövcuddur

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Atlas» Araşdırmalar Mərkəzinin əvvəlki yazılarında proqnozlaşdırdııdığı kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bölgəyə səfəri nəticə vermədi. Sergey Lavrov Bakıda və İrəvanda münaqişənin həllini sürətləndirəcək heç nə demədi. Tam əksinə söylədikləri münaqişənin həllinin uzanmasına xidmət edirdi.

Birincisi, Sergey Lavrov işğal altındakı torpaqların boşaldılmasıyla bağlı BMT qətnamələri barədə Bakıda bunu dedi ki, bu istiqamətdə səyləri davam etdirmək lazımdır. Halbuki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı 1990-cı illərin əvvəllərində qəbul etdiyi 4 qətnamə yekdilliklə qəbul olunub və icrası məcburi xarakter daşıyır.

İkincisi, Sergey Lavrov İrəvanda dedi ki, münaqişənin həllini bəndlərə bölmək doğru deyil, problemin həllinə kompleks yanaşmaq lazımdır. Bu elə rəsmi İrəvanın mövqeyi ilə üst-üstə düşür. Onlar da münaqişənin həllinin paket həllini dəstəkləyirlər. Yəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması Dağlıq Qarabağda keçiriləcək referendumla əlaqələndirilir. Azərbaycan bu varianta razı deyil. Rəsmi Bakı münaqişənin həllində mərhələlilik prinsipini dəstəkləyir. Lavrov isə bu barədə bir kəlmə də demədi. Rusiyanın xarici işlər naziri Bakıdakı görüşləri sırasında bircə dəfə də «Azərbaycanın ərazi bütövlüyü» ifadəsini işlətmədi.

Rusiya siyasətçiləri eyni problemə fərqli prizmalardan yanaşırlar. Rusiya xarici işlər naziri Cənubi Qafqaz ölkələrinə səfər etdiyi günlərdə Rusiyanın Federasiya Şurasının spikeri Valentina Matbiyenko Serbiyada səfərdə idi. Matviyenko Serbiyanın prezidenti Aleksandr Vuçiçlə görüşündə dedi ki, Rusiya Kosovo məsələsində birmənalı olaraq Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla Rusiya separatizm məsələsində Serbiya ilə Azərbaycan arasında fərq qoyduğunu göstərdi.

Sergey Lavrov Moskvaya qayıtdıqdan sonra erməni mətbuatında belə xəbərlər yayıldı ki, guya Moskva Dağlıq Qarabağ ətrafındakı 5 rayonun əvəzinə 2 və ya 3 rayonun boşaldılmasını istəyir. Bunun da adını qoyublar «Putin planı». Əslində nə «Lavrov planı», nə də «Putin planı» mövcuddur. Sadəcə, Rusiya rəsmilərinin münaqişənin həlliylə bağlı parça-parça şəklində müəyyən təklifləri var. Bu təkliflər isə Azərbaycanın maraqlarına cavab vermir.

Bu arada, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan ikinci dəfə eyni cümləni təkrarladı: «Dağlıq Qarabağ münaqişəsinin həlli Vladimir Putindən asılıdır». Ərdoğan bununla hamıya iki mesaj göndərir.

Birinci mesajın əhəmiyyəti odur ki, Putin istəsə münaqişəni həll edə bilər, sadəcə indiki mərhələdə Kremlı sahibinin bu münaqişəni həll etməyə marağı yoxdur.

İkinci mesajın əhəmiyyəti isə odur ki, münaqişə və onun həlli Rusiyanın tam nəzarəti altındadır, ATƏT və Minsk Qrupu, o cümlədən Türkiyə təkbaşına heç nə edə bilməz.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında son günlər intensivləşən səfərlər və danışıqlar heç bir nəticə vermədi. Bu vəziyyət Azərbaycanı qane etmir. Bu o deməkdir ki, cəbhə bölgəsində gərginlik azalmayacaq. Tam əksinə, Azərbaycan ordusunun snayperləri və kəşfiyyat qrupları işğal altındakı torpaqlarda yerləşən postları neytrallaşdırmaqda davam edəcəklər. Böyük dövlətlər bölgədə müharibə imkanlarının qarşısını almağa çalışsalar da, Azərbaycan ordusunun işğalçı ordunun itkisinin artmasına mane olmurlar, mane ola da bilməzlər. Hazırki mərhələdə əsas məqsəd işğalçı dövlətin resurslarını zəiflətməkdir. Bu elə belə də davam edəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)