vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
11:57 | 28 iyun 2018 | Cümə axşamı Məqaləyə 2971 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Azərbaycan bu silahları parad üçün almır...”

Erməni ekspert: “Bakıda SOM-1B raketinin nümayişi üçün “xoşagəlməz xəbər” oldu”

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan ordusunun yaranmasının 100 illiyi münasibətilə Bakıda iyunun 26-da keçirilmiş hərbi parad Ermənistanın ekspert çevrələrində ciddi təşviş yaradıb. Virtualaz.org xəbər verir ki, erməni ekspertlər üçün xüsusən SOM-1 qanadlı raketi xoşagəlməz sürpriz olub.

“Ermənistanın hərbi sənaye kompleksi” bloqunun aparıcısı Samvel Aqbabyan deyir ki, Azərbaycan milyardlarla dolları müasir silahlara və hərbi texnikaya parad üçün xərcləmir. Bu silahlar Qarabağ probleminin hərbi yolla həll edilməsi üçün alınır.

Aqbabyana görə Azərbaycanın operativ-taktiki və tank əleyhin raket kompleksləri, raket-artilleriya silahları və zərbə dronları Ermənistan və Dağlıq Qarabağ üçün xüsusi təhlükəsizlik təhdidi yaradır.

“Bu silahlar yüksək texnologiyalara əsaslandığına və uzaq məsafədən hədəfləri vurduğuna görə Azərbaycan silahlı qüvvələrinə imkan verəcək ki, birbaşa atəş təmasına girmədən effektiv hərbi əməliyyatlar aparsın”-Aqbabyan “Kavkazskiy uzel” portalına açıqlamasında deyib.

Erməni ekspert xüsusən diqqəti Bakıdakı paradda ilk dəfə nümayiş etdirilmiş SOM-B1 aviasiya operativ-taktiki raketinə cəlb edib. “Hələlik bu raketin Azərbaycan HHQ-nin hansı aviasiya platformasından tətbiq ediləcəyi aydın deyil. MiQ-29 və Su-25 qrıcıları, döyüş təyyarələri mənə məlum olduğu qədər SOM-B1 raketləri üçün uyğunlaşdırılmayıb. Amma belə hesab etməyə əsas var ki, Azərbaycanın Su-25 döyüş təyyarələri Türkiyədə SOM-B1 qanadlı raketlərini daşımaq üçün modernləşdirilib”, - erməni ekspert deyib.

Samvel Aqbabyana görə Qarabağda erməni qüvvələri optik videomüşahidə sistemləri ilə təmin olunduğu üçün 2016-cı ilin aprelində olduğu kimi qəfil hərbi əməliyyatlar ehtimalı azdır. Ona görə də demək olar ki, irimiqyaslı müharibə yetişir və bu müharibə kütləvi raket-artilleriya, aviasiya zərbələri ilə müşaiyət olunacaq.

Digər hərbi analitik Leonid Nersisyan isə deyib ki, Bakıda SOM-1B raketinin nümayiş etdirilməsi Ermənistan üçün “xoşagəlməz xəbər” oldu. Çünki bütün qalan silahlar paraddan əvvəl nümayiş etdirilmişdi.

“250 kilometr mənzilli qanadlı raket, üstəlik olduqca aşağı hündürlükdən uçan raket Ermənistan üçün xoşagəlməz xəbər oldu. HHM sistemi bu cür hədəflərlə mübarizə apara bilər, amma bu sadə məsələ deyil. Bunun üçün radiolokasiya stansiyalarının geniş şəbəkəsi və zenit-raket komplekslərinin heyətlərinin yüksək peşəkarlığı gərəkdir. Ancaq belə raketlərdən ancaq ən prioritet hədəfləri qoruyacaqlar”-ekspert deyib.